Biz sizinlə etibarlı münasibət qurmaq və bu münasibəti qorumaq üçün
əlimizdən gələni edirik. Odur ki, məlumatınızla işləmək lazım olduqda, biz
bunu ehtiyatla və qayğıkeş şəkildə və etibarınızı itirməyəcək dərəcədə həll
edirik. Bu siyasət sizə bunu necə etdiyimizi, eləcə də hansı məlumatları
topladığımızı, ondan necə istifadə etdiyimizi və onu necə qoruduğumuzu və
sizin bu məlumatla nə edəcəyimizə necə qərar vecə biləcəyinizi
aydınlaşdırır. Bizim məqsədimiz sizə məzmunlarımız, məhsullarımız,
reklamlarımız və xidmətlərimizin yaxşılaşdırılması üçün məlumatınızdan necə
istifadə etdiyimizi anlamağa kömək etməkdir.
Burada məxfilik təcrübəmizə qısa təqdimat verilmişdir
Hansı məlumatı toplayırıq
-
Bizə təqdim etdiyiniz məlumat;
-
Bizimlə əlaqə saxladığınız, saytlarımıza daxil olduğunuz, mobil
proqramlar və ya xidmətlərimizdən, eləcə də məhsul və ya
cihazlarımızdan istifadə etdiyiniz və ya reklamlarımıza baxdığınız
zaman topladığımız məlumatlar;
-
Məlumatınızı paylaşmaq və ya satmaq üçün sizdən icazə almış olan və ya
sizin məlumatınızı almış olduqları şirkətlərin bu məlumatı onlar, biz
və/və ya başqa şirkətlərlə paylaşmaq hüququnun olduğunu təsdiq edən
digər şirkətlərdən əldə etdiyimiz məlumatlar;
-
Digər şirkətlərin vebsaytlarına daxil olduğunuz zaman onlardan
aldığımız məlumatlar.
Biz bu məlumatların hər hansı və hamısını birləşdirə və daha yaxşı
məhsullar, xidmətlər və istehlakçı təcrübəsi təmin etmək üçün istifadə edə
bilərik.
Məlumatınızdan necə istifadə edirik
-
İstədiyiniz məhsul və xidmətləri sizə göndəririk;
-
Bizim və marketinq ortaqlarımızın məhsulları və xidmətləri barədə sizə
məlumat veririk;
-
Bizə saytlarımızı işlətməkdə kömək edir.
Məlumatınızı nə zaman və necə paylaşırıq
-
Diqqətlə seçdiyimiz ortaqlarımızla sizə maraqlı ola biləcəyinə
inandığımız təklif, kampaniya məlumatı və ya məhsul və xidmətləri
barədə reklam göndərmələri üçün razılığınızı aldıqda;
-
Biznesimizin inkişafında bizə kömək etmək üçün əməkdaşlıq etdiyimiz
şirkətlərdən;
-
P&G brendi və ya biznesinin başqa şirkətə satışının bir hissəsi
kimi;
-
Bizə saxtakarlıqdan mühafizə və ya məlumat təhlükəsizliyi kimi hüquq və
mülkiyyətimizi qorumaqda kömək etmək üçün;
-
Qanun və ya qanunvericilik orqanları tərəfindən tələb edildikdə.
Sizin seçimləriniz
Aşağıdakı keçidlərə vuraraq bizə məlumatınızdan necə istifadə edə
biləcəyimizi bizə bildirə bilərsiniz:
AB-də yaşayırsınızsa, barənizdə əldə etdiyimiz şəxsi məlumata çıxış, onlara
düzəliş və ya yeniləmələr etmək, bu məlumatı silməyimizi tələb etmək və ya
bu məlumatın nüsxəsini almaq kimi müəyyən məxfi məlumat hüquqlarınız
vardır. Bu hüquqlar bütün hallarda tətbiq edilmir. Lütfən, aşağıdakı
keçidlərə vurun:
Məlumatınızı necə toplayırıq
Biz barənizdəki məlumatı bir neçə yerdən və bir neçə yolla toplayırıq.
Topladığımız bəzi məlumatlara sizin kimliyinizi müəyyən etmək üçün istifadə
edilə bilən şəxsi məlumatlar daxil ola bilər; məsələn, adınız, e-poçt
ünvanınız, telefon nömrəniz və poçt ünvanınız. AB kimi bəzi ölkələrdə IP
ünvan və ya kuki fayllar və mobil cihaz eyniləşdiriciləri də şəxsi məlumat
hesab edilə bilər.
Qeyd
: Biz sizi daha yaxşı məhsullar, xidmətlər və istifadəçi təcrübələri
ilə təmin etmək üçün barənizdə topladığımız bütün məlumatları
birləşdirə bilərik.
Siz bizə təqdim edirsiniz.
Siz vebsaytlarımız və ya mobil proqramlarımızda hesab açdığınızda, eləcə də
bizə zəng etdiyinizdə və ya elektron məktub yazdığınızda bu məlumatı bizə
təqdim edirsiniz. Biz sizdən adınız, e-poçt və ya ev ünvanınız, doğum
tarixiniz, ödəniş məlumatı, yaşınız, cinsiniz, ailə üzvlərinizin sayı və
məhsul və xidmətlərimiz barədə sizə hansı yolla (ev ünvanınız, e-poçt
ünvanınız və ya mesaj) məlumat göndərə biləcəyimiz kimi suallar verə
bilərik.
Saytlar və e-poçtlardan.
Biz saytlarımıza daxil olduğunuzda, reklamlarımıza baxdığınızda və ya
məhsul və xidmətlərimizdən istifadə etdiyinizdə məlumatları avtomatik
toplayan texnologiyalardan istifadə edə bilərik. Məsələn, biz istifadə
etdiyiniz brauzer və əməliyyat sistemi, IP ünvanınız, daxil olduğunuz veb
səhifələr, açdığınız keçidlər və ya e-poçtlarımızı açıb-açmadığınız barədə
məlumat almaq üçün kuki fayllardan (kompüterin brauzerində saxlanan kiçik
fayllar) istifadə edirik.
Mobil proqramlar və internetə qoşulmuş cihazlardan.
Sizə mümkün olan ən yaxşı təcrübəni təmin etmək üçün biz mobil
proqramlardan istifadə etdiyinizdə telefonunuzdan və ya evinizdə ağıllı
cihazlardan məlumat toplayan texnologiyalardan istifadə edə bilərik.
Proqramı endirən və ya ev internetinə qoşulmuş cihazlardan quraşdıran zaman
siz razılığınızı bildirirsiniz. Bu məlumata mobil telefon nömrəniz və ya
başqa cihazın reklam ID-si, telefonun əməliyyat sistemi barədə məlumat,
proqram və ya cihazdan istifadəniz və fiziki yeriniz kimi məlumat daxil ola
bilər. Siz dəqiqi yerinizi öyrənməyimiz üçün (dəqiq dayandığınız yer və ya
internetə çıxdığınız yer) telefon və ya cihazınızda qəbul və ya rədd etmək
kimi seçimlər olan ani mesajlar alacaqsınız.
Başqa yerlərdən.
Biz başqa şirkətlərin bizimlə paylaşdığı və ya bizə satdığı məlumatları
əldə edə bilərik. Məsələn, siz başqa şirkətə telekom xidmətləri və ya
satıcı loyallıq proqramları üçün qeydiyyatdan keçdiyiniz zaman şəxsi
məlumatınızı bizimlə paylaşmaq icazəsi vermiş ola bilərsiniz. Biz eyni
zamanda hər kəsin görə biləcəyini bildiyiniz yerlərdən, məsələn, internet
dərclər, bloqlar, videolar və ya sosial medialardan məlumatı toplaya
bilərik. Biz eyni zamanda biz barənizdə olan məlumatı ictimai açıq məlumat
bazalarından toplamaq hüququ olan və bunun üçün sizin icazənizi almış olan
digər şirkətlərdən də məlumat ala bilərik. Buraya gəlir səviyyəniz,
yaşınız, cinsiniz, ailə üzvlərinizin sayı və internetdən və ya
yaxınlığınızdakı mağazalardan aldığınız məhsullar barədə məlumat da daxil
ola bilər.
Məlumatınızdan necə istifadə edirik
Biz sizin məlumatınızdan bütün dünya üzrə hər gün sizin kimi insanların
həyatına toxunmaq və yaxşılaşdırmaq məqsədinə nail olmaq üçün istifadə
edirik. Biz sizin məlumatınızdan məlumatla bağlı sual və ya sorğularınıza
cavab vermək, sizə sorğu verdiyiniz məhsul və ya nümunələri göndərmək, sizə
P&G saytını və ya proqram tərcihlərinizi idarə etməklə kömək etmək,
müsabiqələrimizdə və ya totalizatorlarımızda iştirak etmək imkanı vermək və
ya bizdən aldığınız məhsullar üçün ödənişi emal etmək üçün istifadə edirik.
Biz eyni zamanda istehlakçıların nə istədikləri barədə öyrənmək və onları
yeni məhsullarla təmin edə bilmək və ya artıq mövcud məhsulları
yaxşılaşdırmaq üçün sizin qeyri-şəxsi məlumatınızdan (məsələn, satınalma
məlumatı, sadə sorğular və s.) istehlakçı tədqiqatları və ya təhlillərində
(və ya müvafiq tədqiqatla bağlı razılığınız olduqda şəxsi məlumat) istifadə
edə bilərik.
Məlumatınızdan istifadə etməyin başqa yolu bizdən eşitdiklərinizin müvafiq
olmasını və sizin üçün faydalı olmasını təmin etməkdir. Məsələn,
Gilette.com saytına daxil olaraq məhsullarımızı almaqla maraqlanmış
olduğunuzda biz sizə Gillette® məhsulları barədə məlumat göndərə bilərik.
Bunu etdiyimizdə sizin kuki ID və ya cihaz ID-si kimi məlumatınızdan
istifadə edərək Gilette-dən eyni reklamı görmə sayını məhdudlaşdıra
bilərik. Biz eyni mesaja təkrar-təkrar qulaq asmamaq üçün istifadə
etdiyiniz və sevdiyiniz məhsullar barədə bizdən eşitmənizi istəyirik.
Biz eyni zamanda vebsaytlarımızın necə istifadə edildiyini anlamaq və ya
istehlakçı vərdişlərini öyrənməklə məhsul və təklif etdiyimiz xidmətləri
ümumi marağı olan bütün istehlakçıların ehtiyaclarına uyğunlaşdırmaq üçün
heç bir kəsin kimliyini açıqlamadan bir çox insanlardan toplanmış
məlumatlardan istifadə edirik. Məsələn, biz uşaq məhsulları vebsaytlarına
daxil olan yeni valideyn olmuş istehlakçılar barədə çox şey öyrənə bilər və
onlara lazım olan məhsul və xidmətlərlə hər yerdə yeni valideynlərə daha
yaxşı xidmət göstərə bilərik. Bu cür qeyri-şəxsi məlumatdan bu yolla
istifadə etmək sizin məxfiliyinizi qorumağımıza kömək edir. Biz hər zaman
bu məqsədlə lazım olduqda qeyri-şəxsi məlumatdan istifadə etməyə
çalışacağıq.
Bundan əlavə məxfiliyinizi qorumaq üçün biz eyni zamanda tapşırığı tez icra
etmək üçün lazım olan minimal məlumatlardan istifadə edəcək, kuki fayllar
və cihaz ID-lərinin sizi birbaşa və ya dolayı yolla müəyyən etməsinə
(məsələn, adınızla) yol açan məlumat qarışıqlığının qarşısını almaq üçün
tədbirlər görəcək və biznes məqsədlərimiz üçün artıq bizə lazım olmayan
məlumatlarınızı siləcəyik.
Məlumatınızı necə qoruyuruq
Biz sizin şəxsi məlumatınıza hörmətlə yanaşır və onların itməməsi,
sui-istifadə edilməməsi və ya dəyişdirilməməsi üçün tədbirlər görürük.
Müvafiq olduqda bu addımlara brandmauzerlər, intruziyanın aşkarlanması və
ya mühafizə sistemləri, unikal və mürəkkəb şifrələr və şifrləmə kimi
texniki tədbirlər daxil edilə bilər. Biz eyni zamanda əməkdaşların
məlumatla işləmə öhdəlikləri barədə təlimləndirilməsi, hadisə və risklərin
müəyyən edilməsi, əməkdaşların şəxsi məlumatınıza çıxışının
məhdudlaşdırılması və istifadə edilməyən müvafiq şəkildə qorunan sənədlər
daxil olmaqla fiziki mühafizənin təmin edilməsi kimi təşkilati və fiziki
tədbirlərdə də istifadə edirik
Hansı məlumatı paylaşırıq
Başqa şirkətlərlə.
Razılığınızı aldıqda seçdiyimiz ortaqlarımızın sizə maraqlı ola biləcəyinə
inandığımız təklif, kampaniya məlumatı və ya məhsul və xidmətləri barədə
reklam göndərmələri üçün məlumatınızı onlarla paylaşa bilərik. Məsələn,
Pampers® kimi uşaq bezi brendlərimizdən P&G e-poçt məktubları alan
insanlar başqa şirkətlərin məhsulları olan uşaq formulaları barədə də
məlumat almağa razılıq verə bilər. Biz şəxsi məlumatınızı P&G xaricində
heç bir marketinq şirkətlərinə satmırıq. Biz sizi şəxsən müəyyən etməyən
məlumatı hər hansı məqsədlə başqa şirkətlərlə paylaşa bilərik.
Xidmət təminatçıları ilə.
Biz məlumatınızı saytlarınızın aparılması, sizə e-poçt məktublarının
çatdırılması, topladığımız məlumatların təhlil edilməsi və sorğu verdiyiniz
məhsul və xidmətləri sizə göndərmək daxil olmaqla biznesimizin idarə
edilməsində bizə kömək edən şirkətlərlə də paylaşmalı ola bilərik. Biz
yalnız sorğu verdiyimiz tapşırıqları icra etmələri üçün lazım olan şəxsi
məlumatları həmin şirkətlərlə paylaşırıq. Onlardan sizin şəxsi məlumatınızı
bizim kimi qorumaq və başqa məqsədlər üçün istifadə etməmək və paylaşmamaq
tələb edilir.
Başqa şərtlər.
Şəxsi məlumatınızı paylaşdığınız brend və ya biznes sahələrimizdən biri
başqa şirkətə satılmış olarsa, məlumatınız bu şirkətlə paylaşılacaqdır.
Nəticədə hesabınız və şəxsi məlumatınız brend və ya yeni şirkətə bu
məlumatları silmək istədiyinizi bildirmədiyiniz halda silinməyəcəkdir. Biz
eyni zamanda məlumatınızı hüquq və mülkiyyətimizin qorunmasında bizə kömək
edən şirkətlərlə və qanun və ya dövlət orqanları tərəfindən tələb edildikdə
paylaşa bilərik.
Sizin hüquq və seçimlərimiz
Marketinq.
Siz bu məktubda göndərdiyimiz abunəlikdən imtina təlimatlarına əməl edərək
daha sizə e-poçt və ya mətn mesajları göndərməməyimizi istəyə bilərsiniz.
Bundan əlavə siz marketinq e-poçt məktubları, SMS və ya poçt məktubları
almaqdan imtina etmək üçün
bura vura bilərsiniz
. Sizin seçimlərinizə hörmətlə yanaşmaqla yanaşı bu məlumatı saxlamalı
olduğumuz hallar da mümkündür. Məsələn, marketinq e-poçt məktubları
göndərməməyimizi istədiyinizdə, sistemimizin artıq bu e-poçt ünvanına
marketinq məlumatları almaq istəmədiyinizi yaddaşda saxlaması üçün sənəd
üzərində e-poçt ünvanınız bizə lazım olacaqdır.
Hesablar.
Qeydiyyatda olduğunuz ölkədən asılı olaraq sizin P&G hesabınız
məlumatınıza çıxmaq və məlumatınızı yeniləmək və ya silmək təklifi verə
bilər. Əks halda, sorğu vermək üçün
buraya vurun
.
Avropa birliyi vətəndaşları.
AB-də yaşayırsınızsa, barənizdə əlimizdə olan şəxsi məlumata çıxa bilər,
yanlış, köhnə və ya artıq lazım olmayan məlumatın düzəldilməsi, silinməsi
və ya məhdudlaşdırılmasını istəyə və məlumatı sizə başqa xidmət
təminatçısına ötürə biləcəyiniz formatda təqdim etməyi xahiş edə
bilərsiniz. Siz eyni zamanda şəxsi məlumatınızın işlənməsi üçün
razılığınıza ehtiyacımız olan zaman razılığınızı geri ala bilərsiniz. Eləcə
də şəxsi məlumatınızın emalı qanuni maraqlarımıza əsaslandıqda (buraya
məlumatınızdan istifadə etmək səbəbimiz olduğu daxildir) bu məlumatları
emal etməmizə narazılığınızı bildirə bilərsiniz (buraya məlumatınızdan daha
istifadə etməməmizi istəmək daxildir). Məlumatın qorunması və şəxsi
məlumatla bağlı hüquqlarınız barədə ətraflı məlumat almaq üçün
https://edps.europa.eu/data-protection/
ünvanından Avropa Məlumat Mühafizəsi Rəhbərinə daxil olun. Sorğularınıza
verdiyimiz cavablarla razı deyilsinizsə, ölkənizin məlumat mühafizəsi
orqanlarına şikayətlə müraciət edə bilərsiniz. Sorğu vermək üçün
aşağıdakılar arasından seçim edin:
Ümumi sorğular
. Məsələn, vebsayt və ya proqramlarımızın biri ilə qeydiyyat zamanı bizə
təqdim etdiyimiz məlumat daxil ola bilən marketinq məqsədilə istifadə
edilmiş şəxsi məlumatla bağlı sorğu vermək üçün bizimlə
buradan
əlaqə saxlayın.
Media reklamlar
. Məsələn, kuki və ya cihaz ID səviyyəsində barənizdə əlimizdə olan və sizi
müvafiq reklamlarla təmin etmək üçün istifadə etdiyimiz məlumat daxil ola
bilən reklam məqsədilə istifadə edilmiş şəxsi məlumatla bağlı sorğu vermək
üçün bizimlə buradan əlaqə
saxlayın. Eyni zamanda bizim tələb əsaslı (və ya reklam xidmətli) kuki və
ya cihaz ID və reklam təsdiq ortaq platformaları ilə əlaqədar məlumat ola
bilər. Bu məlumat üçün bura və buraya vurun.
Istehlakçı tədqiqatı
. Tədqiqat təlimlərimizin birində iştirakınızın bir hissəsi ola bilən şəxsi
məlumatla bağlı sorğu vermək üçün razılıq formanızda göstərilmiş əlaqə
məlumatı və ya zəng ilə, eləcə də tədqiqat mərkəzimizə daxil olaraq bizimlə
əlaqə saxlayın.
Diş həkimləri.
Diş həkimisiniz və peşəkar tədqiqat proqramlarımızdan biri vasitəsilə https://www.dentalcare.com
saytına daxil olaraq bizi məlumatla təmin etmisinizsə, müvafiq ölkədəki
nömrələr və aşağıdakı e-poçt ünvanları ilə bizimlə əlaqə saxlayın.
Kuki fayllar
Kukilər vebdə axtarış etdiyinizdə kompüterinizə göndərilən kiçik
fayllardır. Onlar daxil olduğunuz vebsaytla əlaqəniz barədə faydalı
məlumatı özündə saxlayır. Kukilər kompüter və ya cihazınızda və ya cihaz,
eləcə də fayllarınızda saxlanan məlumatları toplamır. Kukilər sizi bir şəxs
kimi birbaşa müəyyən edə bilən məlumatı saxlamır. Kukilər kompüter və
cihazınızı yalnız təsadüfən təyin edilmiş rəqəm və hərflər kimi (məsələn,
kuki ID ABC12345) göstərir və heç zaman adınızı (məsələn, Con E. Smit)
təsvir etmir.
Biz kukilərdən aşağıdakılar kimi bir neçə məqsəd üçün istifadə edirik:
-
sizə müvafiq reklamla xidmət göstərmək
-
P&G məzmunu ilə əlaqəniz barədə ətraflı məlumat almaq
-
vebsaytlarımıza daxil olan zaman təcrübənizi artırmaqda bizə kömək
etmək
-
hər dəfə vebsayta daxil olduqda onu fərdiləşdirməməniz üçün dil və ya
region kimi tərcihlərinizi yaddaş saxlamaq
-
xətaları aşkar və həll etmək
-
vebsaytlarımızın nə qədər yaxşı işlədiyini təhlil etmək
İstifadə etdiyimiz kuki növləri:
-
Sessiya kukiləri.
Vebsəhifələrin yaddaşı yoxdur. Sessiya kukiləri səhifədən səhifəyə
keçdiyinizdə sizi yaddaşda saxlayır (təsadüfən yaradılmış ID ilə,
məsələn, ABC12345) ki, artıq müəyyən saytda daxil etdiyiniz məlumatı
hər dəfə daxil etməli olmayasınız. Məsələn, sessiya kukiləri onlayn
alış-veriş zamanı çox faydalı alətdir; onlarsız alış-veriş səbətinə
atdığınız mallar ödənişə keçdiyiniz müddətə qədər itə bilərdi! Bu
kukilər saytdan çıxdığınızda və ya brauzeri bağladığınızda dərhal
silinir.
-
Davamlı kukilər.
Davamlı kukilər yenidən daxil olduğunuzda tərcih etdiklərinizi
xatırlamanıza kömək edir. Məsələn, birinci dəfə daxil olduğunuzda saytı
fransız dilində oxumağı seçmişdinizsə, növbəti dəfə sayta döndüyünüzdə
o, avtomatik olaraq fransız dilində açılacaqdır. Hər dəfə dil tərcihini
seçməmək saytdan daha rahat, daha səmərəli və asan istifadə etmənizə
kömək edir.
-
Reklam kukiləri.
Bu kukilər daxil olduğunuz vebsaytlar və aldığınız məhsullara əsasən
ümumi maraqlarınız barədə öyrənmək üçün istifadə edilə bilər. Bu, eyni
zamanda yaşınız, ailə vəziyyətiniz və uşaqlarınızın sayı kimi
məlumatları bilməyimizə kömək edə bilər. Bu məlumat ehtiyaclarınıza
daha uyğun olan və bəyənəcəyiniz məhsul və xidmətlər barədə reklamları
sizə göndərmiyimizə imkan verir. Eyni zamanda bu, eyni reklamı görmə
sayını məhdudlaşdırmağımıza imkan verir.
-
Analitik kukilər.
Bu kukilər vebsaytlarımızın necə işlədiyini bizə bildirir. Bir çox
hallarda, Google analitik kukilərindən saytlarımızın necə işlədiyini
yoxlamaq üçün istifadə edirik. Bizim saytlarımıza daчil olmanız barədə
Google Analytics ilə toplanan məlumatdan istifadə etmək və onu
paylaşmaq imkanımız
Google Analytics İstifadə Şərtləri
və
Google Məxfilik Siyasəti
ilə məhdudlaşdırılmışdır.
Kukiləri necə idarə edə bilərsiniz.
Siz brauzerinizi elə qura bilərsiniz, kompüterinizə göndərilən kukini
müəyyən edə və ya bütün kukiləri rədd edəsiniz. Lakin, bu, bizim sayt və ya
xidmətlərimizin düzgün işləməsinin qarşısını ala bilər. Eyni zamanda
brauzerinizi elə qura bilərsiniz ki, hər dəfə brauzeri bağladıqda
kukiləriniz silinsin.
Digər texnologiyalar.
-
Təxminilik əsaslı mayaklar.
Mayaklar telefonda quraşdırdığınız mobil proqramlara çox qısa yollarla
bir tərəfli siqnallar göndərir və mağazaya baxdığınızda sizə endirimdə
olan məhsulları sizə bildirir. Mayaklar yalnız kifayət qədər
yaxınlaşdığınızda və xüsusi mayakla bağlı mobil proqramda razılıq
verdiyinizdən sonra cihazla danışır. Əvəzində sizi fərdi reklamlar və
təkliflərlə təmin etməmiz üçün proqramlar bizə yeriniz barədə məlumat
verə bilər. Məsələn, supermarketdə dəriyə qulluq bölməsində mayak
yanında olduğunuzda biz sizə 4$ dəyərində endirim kuponu göndərə
bilərik.
-
Piksellər.
Bunlar veb səhifəyə daxil edilmiş, lakin görünməyən kiçik obyektlərdir.
Onların başqa adları «teqlər», «veb böcəklər» və ya «piksel
gifləridir». Biz kompüterinizə kukilər göndərmək, vebsayt
fəaliyyətinizi yoxlamaq, saytlarımıza girişinizi asanlaşdırmaq və
onlayn marketinq fəaliyyəti üçün piksellərdən istifadə edirik. Biz eyni
zamanda təşviqat kampaniyaları barədə açdığınız və ya işlədiyiniz
e-poçt mesajları və ya bülletenlərimizə də piksellər daxil edirik.
-
Mobil cihaz eyniləşdirici və SDK-lar.
Biz mobil proqramlarımızda proqram təminatı kodundan istifadə edərək
kukilərin internetdən topladığı bənzər məlumatı toplayırıq. Bu, mobil
telefon eyniləşdiriciləri (iOS IDFA və Android Reklam ID-ləri) və
proqramlarımızdan istifadəniz kimi məlumat olacaq. Kukilərə bənzər
olaraq, proqramlarımızdan istifadə etdiyiniz zaman avtomatik
topladığımız cihaz məlumatı sizi şəxsən müəyyən etməyəcəkdir. Biz mobil
cihazı təsadüfən təyin edilmiş rəqəm və hərflər (məsələn, reklam ID
EFG4567) kimi tanıyırıq və ya heç zaman adla (Con E. Smit) müəyyən
etmirik.
-
Dəqiq coğrafi yer.
Biz mobil proqramlarımızdan istifadə etdiyiniz zaman qlobal yerləşdirmə
sistemi (GPS) koordinatları (uzunluq və en) kimi proqramlardan dəqiq
yeriniz barədə məlumat ala bilərik. Siz hər zaman telefon və ya
cihazınızda dünyanın harasında olduğunuz barədə məlumatı bizə
bildirməklə bağlı qəbul və ya rədd etmək kimi ani mesaj alacaqsınız.
Siz anlamalısınız ki, biz həmişə sizin şəhər, poçt indeksi və ya əyalər
kimi ümumi məlumatı almaqla bağlı razılığınızı istəməyəcəyik. Məsələn,
biz sizin Filippin adaları, Manila şəhərində olduğunuzu bildiyimiz
halda onun sizin dəqiq yeriniz olduğunu nəzərə almırıq.
Marağa uyğun reklamlar
Ortaq saytlarımıza daxil olduğunuzda sizə görmək istədiyinizə inandığımız
reklam və ya başqa məzmunları göstərə bilərik. Məsələn, uşaq paltarı və ya
məktəb ləvazimatı satılan saytlara daxil olduğunuzu gördüyümüzdə siz Tide®
yuyucu tozu ilə bağlı reklam ala bilərsiniz. Bu məlumatdan da biz
uşaqlarınızın olduğunu və bu səbəbdən güclü yuyucu tozla bağlı marağınız
ola bildiyini anlaya bilərik. Bu yolla sizin üçün faydalı ola bilən
məhsullarımız barədə müvafiq məlumatı sizə göndərə bilərik.
Biz bənzər maraqlarını paylaşan bir qrup istehlakçıdan məlumat alırıq.
Biz sizi eyni maraqları paylaşan müəyyən istehlakçı qrupuna daxil edə
bilərik. Məsələn, tez-tez onlayn şəkildə ülgüc aldığınızı gördüyümüzdə və
ya endirimdə alış-veriş etməyi xoşladığınızı bildiyimizdə sizə onlayn
kuponlar və ya endirimlər barədə məlumat göndərmək üçün sizi «ülgüc
sevənlər» qrupuna daxil edirik. Siz veb səhifələrə baxdığınızda, veb
səhifələrimizdə və ya başqa vebsaytlarda keçidləri açdığınızda, istifadə
etdiyiniz mobil proqramlarda və ya brendlərlə bağlı e-poçtlarımızı
açdığınızda və oradakı keçidlərə vurduğunuzda biz bu məlumatı görürük. Biz
ümumi trendlər, vərdişlər və ya xassələr barədə məlumat almaqda bizə kömək
etmək üçün bənzər onlayn və/və ya oflayn fəaliyyətlər göstərən istehlakçı
qruplarının kuki və cihaz ID-lərini bir yerdə qruplaşdırırıq. Beləliklə,
biz artıq qrupda olanlarla bənzər maraqları olanları tapa və onlara xidmət
göstərə, eləcə də onlar üçün faydalı və müvafiq olacağını hesab etdiyimiz
təklif və məlumatlar təqdim edə bilərik.
Biz başqa məlumatları sizin kuki və cihaz ID-lərinizə qoşuruq.
Sizin kuki və cihaz ID-ləriniz oflayn rejimdə aldığınız məhsullar barədə
məlumat kimi başqa məlumat və ya saytlarımızda hesab yaradan zaman birbaşa
bizə təqdim etdiyiniz məlumatla müşayiət edilə bilər. Biz bunları sizi
şəxsən müəyyən edə bilməyəcək şəkildə edirik. Məsələn, biz ID ABC12345
saylı kukinin ülgüc sevənlər qrupuna aid olduğunu insanın daxil olduğu
vebsaytlar, yaşı, cinsi və alış-veriş vərdişlərindən öyrənə bilərik, lakin
bu şəxsin adı və ya ünvanı, eləcə də onun kimliyini aşkar edə bilən başqa
məlumatları görə bilmərik. Nə zamansa sizin kuki və ya cihaz məlumatınızın
(veb və proqrama baxış tarixçəsi) kimliyinizi müəyyən etməsini istərsək, bu
zaman sizdən bunu xahiş edəcəyik.
Biz sizin bütün kompüterləriniz, tabletləriniz, telefonlarınız və
cihazlarından sizi tanıya bilərik.
Biz ID ABC12345 saylı kukinin ID EFG15647 saylı cihaz qoşulu olan mobil
telefonun sahibi olan şəxs və ya ailəyə aid olduğunu bilə bilərik. Bu o
deməkdir ki, siz laptopunuzda uşaq bezi axtardığınızda bizim sponsorluq
etdiyimiz Google axtarış keçidinə vursanız, sonra mobil telefonunuzda
Pampers® brendinin uşaq bezləri barədə reklam görəcəksiniz. Kompüter və
telefonun eyni şəxsə aid olduğunu onların hər gün eyni vaxtda eyni WiFi
şəbəkəsinə qoşulmasından müəyyən edə bilərik. Cihazların eyni şəxs və ya
ailə tərəfindən istifadə etməsini bilmək eyni reklamın bütün cihazlarda
görünmə sayını məhdudlaşdırmağımıza kömək edir. Və bu vacib məqamdır, çünki
bu yolla sizə eyni reklamı dəfələrlə göstərdiyimiz üçün bizi spam hesab
etməyəcək və biz sizin istəmədiyiniz reklamları təkrarən sizə göstərmək
üçün ödəniş etməyəcəyik.
Maraqlarınıza uyğun reklamları almaqdan imtina etmək qaydası.
P&G şirkətinin maraqlarınıza uyğun reklamlarını almaqdan imtina etmək
üçün
buraya
və ya saytlarımız və ya mobil proqramlarımızın birində WebChoices və ya
AppChoices nişanlarına vura bilərsiniz. Siz eyni zamanda
baruzerlərinizdə kukiləri rədd etməklə, proqramların çox vaxt quraşdırma
zamanı göstərdiyi «məlumata çıxışı» rədd etməklə və ya cihazın reklam
izləmə parametrlərini tənzimləməklə maraqlara uyğun reklamların alınmasının
qarşısını ala bilərsiniz.
Siz maraqlara uyğun reklamlardan imtina etdiyinizdə belə məzmuna xas
reklamlar almağa davam edəcəksiniz.
Siz maraqlara uyğun reklamlar göndərməyi dayandırdığımızda belə, siz yenə
də kompüter və ya mobil cihazlarımızda brendlərimizdən reklamlar
alacaqsınız. Lakin bu reklamlar daxil olduğunuz saytların məzmununa uyğun
olacaq və məzmun reklamları adlandırılacaq. Mobil telefon və ya kompüterdən
daxil olduğunuz səhifələrə əsaslanan maraqlara uyğun reklamlardan fərqli
olaraq məzmuna uyğun reklamlar daxil olduğunuz xüsusi saytın məzmununa
uyğun olaraq sizə reklamlar göndərir. Məsələn, siz onlayn şəkildə uşaqlar
üçün məhsullara baxan zaman hələ də uşaqlarla bağlı brendlərin biri barədə
reklam ala bilərsiniz, çünki bu saytlara adətən yeni və ya hamilə
valideynlər daxil olur. Bundan əlavə bilməlisiniz ki, biz yenə də kompüter
və ya cihazlarınızdan məlumat toplamağa davam edə və ondan vebsaytlarımızın
işinin qiymətləndirilməsi, istehlakçı tədqiqatı və ya saxtakarlıq
hallarının aşkarlanmasında istifadə edə bilərik.
Kukilərin silinməsi imtina kukilərinizi də silir.
Maraqlara uyğun reklamlardan imtina etdiyinizdə, biz brauzerinizə artıq
maraqlara uyğun reklamlar almaq istəmədiyinizi göstərən imtina kukiləri
göndəririk. Bütün kukiləri silməyə qərar verdiyinizdə sizin imtina
kukiləriniz də silinəcəkdir. Bu o deməkdir ki, hələ də maraqlara uyğun
reklam almaq istəmirsinizsə, yenidən onlardan imtina etməlisiniz.
Avropa Birliyinin Məlumat Emalı, Saxlamması və Ötürülməsi qaydası
Bu bölmə yalnız AB ölkə vətəndaşlarının şəxsi məlumatlarının işlənməsinə
aiddir. Bu, ABŞ vətəndaşlarının ÜMumi Məlumat Mühafizəsi Qaydasına uyğun
şəxsi məlumatının emalı, saxlanması və ötürülməsi zamanı şəffaflığın
artırılmasını təmin etmək üçündür.
Hüquqi şəxslər.
Fərqli P&G hüquqi şəxsləri sizin şəxsi məlumatınızı idarə edə bilər.
Məlumat nəzarətçisi gəaliyyətin işlənməsini idarə edən qurumduq və məlumat
üçün tam məsuliyyət daşıyır. Aşağıdakı diaqram bizim ABŞ ölkə
vətəndaşlarının məlumatı nəzarətçilərini göstərir. Məsələn, fransiz (.fr)
vebsaytlarımızdan birində e-poçt açdığınızda həmin ölkənin adı qarşısında
qeyd edilmiş P&G qurumu bu şəxsi məlumatı idarə edəcək (məsələn,
Procter & Gamble France SAS (LE 577).
|
Ölkələr
|
Məlumat Nəzarətçisi
|
|
Avstriya
|
Procter & Gamble Austria – Zweigniederlassung der
Procter & Gamble GmbH
|
|
Bolqarıstan
|
Procter & Gamble Bulgaria EOOD
|
|
Rumıniya
|
Müsabiqələr üçün: Procter & Gamble Distribution SRL
Başqa saytlar üçün: Procter & Gamble Marketing
Romania SR
|
|
Polşa
|
Procter and Gamble DS Polska sp z o.o.
|
|
Belçika
|
Procter & Gamble Distribution Company (Avropa) BVBA
|
|
Çexiya Respublikası
|
Procter & Gamble Czech Republic s.r.o.
|
|
Macarıstan
|
Procter & Gamble RSC Regionális
|
|
Slovakiya
|
Procter & Gamble, spol. s.r.o.
|
|
Xorvatiya
|
Procter & Gamble d.o.o. za trgovinu
|
|
Fransa
|
Procter & Gamble France SAS/Procter & Gamble
Pharmaceuticals France SAS”
|
|
Almaniya
|
Procter & Gamble Service GmbH
|
|
Yunanıstan
|
P&G Hellas Ltd.
|
|
İrlandiya
|
Procter & Gamble UK
|
|
İtaliya
|
Procter & Gamble Srl
|
|
Niderland
|
Procter & Gamble Nederland B.V.
|
|
Portuqaliya
|
Procter & Gamble Portugal, Productos de Consumo
Higiene de Saude, S.A.
|
|
İspaniya
|
Procter & Gamble España, S.A.
|
|
Birləşmiş Krallıq
|
Procter & Gamble UK
|
|
Qeyd edilməyən AB ölkələri
|
Procter & Gamble International Operations SA
|
Emal və saxlama.
Ümumi qayda kimi biz məlumatlarınızı yalnız toplanma səbəbi tamamlanana və
ya qanunla tələb edilənədək saxlayırıq. Sorğularınıza cavab vermək, eləcə
də marketinq e-poçt məktublarından imtina etməyə davam etmək və ya hüquqi
və digər qaydalara əməl etmək üçün bu məlumatı qeyd edilmiş saxlama
müddətindən çox da saxlaya bilərik. Bu diaqram sizə topladığımız məlumatın
növü, toplanma səbəbi, bu istifadənin qanuna uyğun olmasını (hüquqi
əsasını) və adətən məlumatı neçə müddət saxladığımızı (saxlama müddəti)
göstərir.
|
Məlumatın növü
|
Bu məlumatı toplamağımızın səbəbi
|
Hüquqi əsas
|
Saxlama müddəti
|
|
Marketinq
E-poçt, ad, telefon nömrəsi, poçt ünvanı, sizin
yaxınlarınız, maraqlarınız, peşəniz, vərdişləriniz,
aldıqlarınız, yüklədiyiniz şəkil və ya videolar,
uşaqlarınız və eviniz barədə məlumat, ailə
vəziyyətiniz, ailə üzvlərinizin sayı, saç növünüz,
sevimli ətriniz, ev heyvanlarınız və s.
|
Məhsul və ya xidmətlərimiz və ya ortaqlarımızın məhsul
və ya xidmətləri barədə marketinq məlumatı göndərmək
üçün.
|
E-poçt və SMS üçün razılığınız və bu razılığı
aldığımızda poçt ilə razılığınız. Başqaları üçün qanuni
maraqlar.
|
Şəxsi məlumatı silməyi tələb edənə və ya razılığınızı
geri alana qədər. Bu cür sorğu verməsəniz, şəxsi
məlumatınız aşağıdakı qrafikdə silinəcək:
e-poçt: bütün kanalların qeyri-fəallığından <50 ay
sonra. Qeyri-fəallığı müxtəlif daxili meyarlarla
müəyyən edirik.
SMS: bütün kanalların qeyri-fəallığından <50 ay
sonra. Qeyri-fəallığı müxtəlif daxili meyarlarla
müəyyən edirik.
poçt ünvanı: bütün kanalların qeyri-fəallığından <50
ay sonra. Qeyri-fəallığı müxtəlif daxili meyarlarla
müəyyən edirik.
|
|
Müsabiqələr
E-poçt, ad, telefon nömrəsi, bəzən başqa məlumatlar.
|
Müsabiqə iştirakçılarını müsabiqə barədə məlumat, eləcə
də müsabiqənin qaliblərini elan etmək üçün.
|
Razılığınız.
|
Yerli qanunla daha uzun müddətə saxlamaq tələb
edilmədikdə, 24 ay müddətinə.
|
|
Məhsul Satınalmaları
E-poçt, ad, telefon nömrəsi, ödəniş məlumatı (o
cümlədən, bamk hesabə IBAN və ya Paypal məlumatı) bəzən
başqa məlumatlar.
|
Məhsullarımızı satınalmalarını, geri ödəniş
təkliflərini və ya zəmanətləri işləmək və sizə
satınalma ilə bağlı müvafiq sənədləri göndərmək üçün.
|
Razılığınız.
|
Sifarişinizi cra etmək və sifarişiniz barədə əlaqə
saxlamaq lazım olduğu müddətdə və yerli qanunla daha
uzun müddətə saxlanması tələb edilmədikdə. Bundan əlavə
biz geri nağd ödəniş üçün məlumatları 24 ay, zəmanətlər
üçün isə 10 il müddətinə saxlayırıq.
|
|
Bizimlə əlaqə
E-poçt, ad, telefon nömrəsi, bəzən başqa məlumatlar.
|
Suallarınızı bildirmək və müvafiq şəkildə
cavablandırmamızdan əmin olmaq üçün və qanun və ya
P&G siyasətinə əsasən tələb edilə bildiyi qaydada.
|
Bizim qanuni biznes marağımız istehlakçı suallarını,
eləcə də sizin bəzi reklam tədbirləri üçün toplana
bilən xüsusi kateqoriyalı məlumat üçün razılığınızı
idarə edir.
|
Sualınızın təbiətindən, məlumatı işləmək üçün qanuni
maraqlarımızdan və ya hüquqi öhdəliklərimizdən asılı
olaraq 0-10 il arası müddətə.
|
|
Tədqiqat
E-poçt, ad, telefon nömrəsi, ünvan, kimliyi təsdiq edə
bilən şəkil və ya videolar və bəzən başqa məlumatlar.
|
Məhsullarımız və istehlakçılarımızın həyatını
yaxşılaşdıra bilməmiz üçün məhsul ideyalarımızı
yoxlamaq və tərcihlərimiz, eləcə də təcrübələrimiz
barədə ətraflı məlumat almaq üçün.
|
Razılığınız.
|
Biz real klinik tədqiqatın bir hissəsi kimi
topladığımız şəxsi məlumatı toplanma məqsədi üçün lazım
olduğu müddətə və/və ya yerli qanun və ya qayda ilə
saxlanması tələb edildiyi müddətə (bu müddət 25 ilədək
ola bilər) saxlayırıq. Qeyri-klinik tədqiqat üçün biz
real şəxsi məlumatları maksimum 5 il müddətinə
saxlayırıq. Biz imzalanmış məlumatlı razılığınız olan
məlumatları saxlayacağıq
|
|
Media Hədəflər
Reklam kukiləri, cihazı ID-si, demoqrafik məlumat,
məsələn, cins və yaş, eləcə də səhifəyə baxış kimi
davranış məlumatı və bəzən başqa məlumatlar.
|
İnternet maraqlarınız barədə məlumat almaq və sizə
göndərdiyimiz reklamları fərdiləşdirmək üçün.
|
Qanun biznes maraqlarımız sizə müvafiq reklamla xidmət
göstərir. Biz öz vebsaytlarımızda kukiləri açmaq üçün
sizin razılığınızı istəyəcəyik.
|
Biz bu məlumatı topladığımız tarixdən sonra on üç ay
müddətinə və siz ondan imtina edənədək saxlayacağıq
(hansı birinci baş verərsə).
|
Məlumatınızın başqa ölkələrə ötürülməsi.
Sizin şəxsi məlumatınız ABŞ daxil olmaqla, toplandığı ölkədən başqa ölkəyə
ötürülə, saxlana və işlənə bilər. Məsələn, biz sizin məlumatınızı ABŞ-dakı
serverdə saxlaya bilərik, çünki xüsusi məlumat bazası burada yerləşir; və
bu məlumat İsveçrədən olan hər hansı marketinq şirkətimizin sizə məhsul
nümunəsi göndərmək üçün ona ötürülə bilər. Biz bu cür ötürmələri AB
tənzimləyicilərinin məlumatın qorunmasını təmin etmək üçün əvvəldən təsdiq
etdiyi müqavilə mühafizəsi (model müqavilə maddələri kimi tanınır) ilə
P&G şirkətləri, eləcə də P&G və xidmət təminatçılarımız arasında
ötürürük. Ötürmə müqaviləsinin surətini istəsəniz bizimlə əlaqə saxlayın.
Sayt və proqramın məzmunu
Pluginlər.
Bizim vebsaytlarımız sosial şəbəkələr kimi başqa şirkətlərdən pluginləri
ehtiva edir. Plugin nümunəsi kimi Facebook «Bəyənmə» düyməsini göstərmək
olar. Bu pluginlər məlumat toplaya (məsələn, daxil olduğunuz səhifənin url
məlumatı) və onları yaradan şirkətə göndərə bilər. Bu, hətta plugin
vurmadığınızda belə baş verə bilər. Bu pluginlər bizim saytlarımızda peyda
olmasına baxmayaraq, onları yaradan şirkətin məxfilik siyasəti və şərtləri
ilə idarə edilir. Bu pluginlər əhəmiyyətsiz kukilərdir və kukiləri qəbul
etdiyinizdə yalnız bizim AB saytlarımızda işləyəcək.
Loginlər.
Bizim vebsaytlarımız sizə məsələn «Facebook ilə daxil ol» kimi başqa şirkət
hesabı ilə daxil olmaq imkanı verir. Bu zaman biz yalnız sizin razılığınız
ilə bu şirkətin daxil olduğunuz hesabındakı hesab parametrlərindən əldə
edilən məlumatı görəcəyik.
Istifadəçi məzmunu.
Vebsaytlarımızın bəziləri və proqramlar sizə öz məzmununuzu müsabiqə, bloq,
video və başqa funksiyalar üçün yükləməyə imkan verəcək. Lütfən, unutmayın
ki, göndərdiyiniz və ya dərc etdiyiniz bütün məlumatlar ictimai şəkildə
açıq olur. Biz başqalarının saytlarımız və ya proqramlarımıza göndərdiyiniz
məzmunla necə davranacağı üçün məsuliyyət daşımırıq. Biz məxfilik siyasəti,
qanun və ya şəxsi məxfiliyiniz və təhlükəsizliyinizi poza bilən şəkildə
istifadə üçün məsuliyyət daşımırıq.
Keçidlər.
P&G saytlarında bizim idarə etmədiyiniz başqa saytlara keçidlər ola
bilər. Bu saytlar bizim deyil, öz məxfilik siyasətləri və şərtləri ilə
idarə ediləcək.
Uşaqların məxfiliyi
Uşaqların onlayn məxfiliyi qanunları.
Biz onlayn şəkildə uşaqlardan məlumat toplayan zaman bütün müvafiq məlumat
mühafizəsi qanunlarına əməl edirik. Məsələn, AB-də biz valideynlərinin
razılığı olmadan yaşı 16-dan az olan uşaqlardan şəxsi məlumat toplamırıq.
Eynilə ABŞ-da yaşı 13-dən az olan uşaqlardan şəxsi məlumat istəyən zaman
valideynlərinin razılığını alırıq.
Kaliforniya ştatında yetkinlik yaşına çatmayanlar üçün bildiriş.
Biz yaşı 18-dən az olan yeniyetmələrə öz məzmunlarını (məsələn, video,
şərh, status yeniləmələri və ya şəkillər) yükləmək imkanı verən interaktiv
xidmətlər təklif edə bilərik. Bu məzmun istənilən zaman saytlarımızdakı
qaydalara əsasən silinə bilər. Bunu necə etmək barədə sualınız varsa,
bizimlə əlaqə saxlayın
Nəzərə alın ki, bu cür dərclər başqaları tərəfindən başqa yerə kopyalana,
yönləndirilə və ya dərc edilə bilər və biz bunun üçün məsuliyyət daşımırıq.
Bu hallarda siz başqa saytın sahibi ilə əlaqə saxlayaraq məzmununuzun
silinməsini tələb etməlisiniz.
Bizimlə əlaqə
Məxfiliyiniz və ya bizim məlumat mühafizəsi təcrübəmizlə bağlı hər hansı
sual və ya narahatlığınız olarsa, birbaşa
bizimlə əlaqə saxlayın.