Change Text Size Resize Text Small(12 point) Resize Text Medium(14 point) Resize Text Large(16 point)

P&G Qlobal İstehlakçı Məxfilik Siyasəti
03/02/2021

Biz sizinlə etibarlı münasibət qurmaq və bu münasibəti qorumaq üçün əlimizdən gələni edirik. Odur ki, məlumatınızla işləmək lazım olduqda, biz bunu ehtiyatla və qayğıkeş şəkildə və etibarınızı itirməyəcək dərəcədə həll edirik. Bu siyasət sizə bunu necə etdiyimizi, eləcə də hansı məlumatları topladığımızı, ondan necə istifadə etdiyimizi və onu necə qoruduğumuzu və sizin bu məlumatla nə edəcəyimizə necə qərar vecə biləcəyinizi aydınlaşdırır. Bizim məqsədimiz sizə məzmunlarımız, məhsullarımız, reklamlarımız və xidmətlərimizin yaxşılaşdırılması üçün məlumatınızdan necə istifadə etdiyimizi anlamağa kömək etməkdir.

Burada məxfilik təcrübəmizə qısa təqdimat verilmişdir

Hansı məlumatı toplayırıq

  • Bizə təqdim etdiyiniz məlumat;
  • Bizimlə əlaqə saxladığınız, saytlarımıza daxil olduğunuz, mobil proqramlar və ya xidmətlərimizdən, eləcə də məhsul və ya cihazlarımızdan istifadə etdiyiniz və ya reklamlarımıza baxdığınız zaman topladığımız məlumatlar;
  • Məlumatınızı paylaşmaq və ya satmaq üçün sizdən icazə almış olan və ya sizin məlumatınızı almış olduqları şirkətlərin bu məlumatı onlar, biz və/və ya başqa şirkətlərlə paylaşmaq hüququnun olduğunu təsdiq edən digər şirkətlərdən əldə etdiyimiz məlumatlar;
  • Digər şirkətlərin vebsaytlarına daxil olduğunuz zaman onlardan aldığımız məlumatlar.

Biz bu məlumatların hər hansı və hamısını birləşdirə və daha yaxşı məhsullar, xidmətlər və istehlakçı təcrübəsi təmin etmək üçün istifadə edə bilərik.

Məlumatınızdan necə istifadə edirik

  • İstədiyiniz məhsul və xidmətləri sizə göndəririk;
  • Bizim və marketinq ortaqlarımızın məhsulları və xidmətləri barədə sizə məlumat veririk;
  • Bizə saytlarımızı işlətməkdə kömək edir.

Məlumatınızı nə zaman və necə paylaşırıq

  • Diqqətlə seçdiyimiz ortaqlarımızla sizə maraqlı ola biləcəyinə inandığımız təklif, kampaniya məlumatı və ya məhsul və xidmətləri barədə reklam göndərmələri üçün razılığınızı aldıqda;
  • Biznesimizin inkişafında bizə kömək etmək üçün əməkdaşlıq etdiyimiz şirkətlərdən;
  • P&G brendi və ya biznesinin başqa şirkətə satışının bir hissəsi kimi;
  • Bizə saxtakarlıqdan mühafizə və ya məlumat təhlükəsizliyi kimi hüquq və mülkiyyətimizi qorumaqda kömək etmək üçün;
  • Qanun və ya qanunvericilik orqanları tərəfindən tələb edildikdə.

Sizin seçimləriniz

Aşağıdakı keçidlərə vuraraq bizə məlumatınızdan necə istifadə edə biləcəyimizi bizə bildirə bilərsiniz:

Əgər siz Avropa İqtisadi Məkanında («AİM») və ya İngiltərədə yaşayırsınızsa sizin müəyyən şəxsi məlumat hüquqlarınız, o cümlədən haqqınızda hansı şəxsi informasiyaya malik olduğumuza çıxış əldə etmək, həmin informasiyaya düzəlişlər etmək və ya onu yeniləmək, bizdən onu silməyi tələb etmək və ya həmin informasiyanın daşınan nüsxəsini almaq hüququnuz vardır. Bu hüquqlar heç də bütün vəziyyətlərdə tətbiq olunmur. Xahiş edirik, aşağıdakı keçidlər üzərinə klikləyin:

Məlumatınızı necə toplayırıq

Biz haqqınızdakı məlumatları bir çox mənbələrdən toplayırıq. Topladığımız bəzi məlumatlara sizin kimliyinizi müəyyən etmək üçün istifadə oluna bilən şəxsi məlumatlar daxil ola bilər; məsələn, adınız, elektron poçt ünvanınız, telefon nömrəniz və ya poçt ünvanınız. AİM, İngiltərə kimi bəzi ölkələrdə və ya Kaliforniya kimi ştatlarda İP ünvanları və ya kuki faylları və mobil cihaz eyniləşdiriciləri kimi bəzi şeylər də şəxsi məlumatlar hesab oluna bilər.

Qeyd : Biz sizi daha yaxşı məhsullar, xidmətlər və istifadəçi təcrübələri ilə təmin etmək üçün barənizdə topladığımız bütün məlumatları birləşdirə bilərik.

Siz bizə təqdim edirsiniz. Siz vebsaytlarımız və ya mobil proqramlarımızda hesab açdığınızda, eləcə də bizə zəng etdiyinizdə və ya elektron məktub yazdığınızda bu məlumatı bizə təqdim edirsiniz. Biz sizdən adınız, e-poçt və ya ev ünvanınız, doğum tarixiniz, ödəniş məlumatı, yaşınız, cinsiniz, ailə üzvlərinizin sayı və məhsul və xidmətlərimiz barədə sizə hansı yolla (ev ünvanınız, e-poçt ünvanınız və ya mesaj) məlumat göndərə biləcəyimiz kimi suallar verə bilərik.

Saytlar və e-poçtlardan. Biz saytlarımıza daxil olduğunuzda, reklamlarımıza baxdığınızda və ya məhsul və xidmətlərimizdən istifadə etdiyinizdə məlumatları avtomatik toplayan texnologiyalardan istifadə edə bilərik. Məsələn, biz istifadə etdiyiniz brauzer və əməliyyat sistemi, IP ünvanınız, daxil olduğunuz veb səhifələr, açdığınız keçidlər və ya e-poçtlarımızı açıb-açmadığınız barədə məlumat almaq üçün kuki fayllardan (kompüterin brauzerində saxlanan kiçik fayllar) istifadə edirik.

Mobil proqramlar və internetə qoşulmuş cihazlardan. Sizə mümkün olan ən yaxşı təcrübəni təmin etmək üçün biz mobil proqramlardan istifadə etdiyinizdə telefonunuzdan və ya evinizdə ağıllı cihazlardan məlumat toplayan texnologiyalardan istifadə edə bilərik. Proqramı endirən və ya ev internetinə qoşulmuş cihazlardan quraşdıran zaman siz razılığınızı bildirirsiniz. Bu məlumata mobil telefon nömrəniz və ya başqa cihazın reklam ID-si, telefonun əməliyyat sistemi barədə məlumat, proqram və ya cihazdan istifadəniz və fiziki yeriniz kimi məlumat daxil ola bilər. Siz dəqiqi yerinizi öyrənməyimiz üçün (dəqiq dayandığınız yer və ya internetə çıxdığınız yer) telefon və ya cihazınızda qəbul və ya rədd etmək kimi seçimlər olan ani mesajlar alacaqsınız.

Başqa yerlərdən. Biz başqa şirkətlərin bizimlə paylaşdığı və ya bizə satdığı məlumatları əldə edə bilərik. Məsələn, siz başqa şirkətə telekom xidmətləri və ya satıcı loyallıq proqramları üçün qeydiyyatdan keçdiyiniz zaman şəxsi məlumatınızı bizimlə paylaşmaq icazəsi vermiş ola bilərsiniz. Biz eyni zamanda hər kəsin görə biləcəyini bildiyiniz yerlərdən, məsələn, internet dərclər, bloqlar, videolar və ya sosial medialardan məlumatı toplaya bilərik. Biz eyni zamanda biz barənizdə olan məlumatı ictimai açıq məlumat bazalarından toplamaq hüququ olan və bunun üçün sizin icazənizi almış olan digər şirkətlərdən də məlumat ala bilərik. Buraya gəlir səviyyəniz, yaşınız, cinsiniz, ailə üzvlərinizin sayı və internetdən və ya yaxınlığınızdakı mağazalardan aldığınız məhsullar barədə məlumat da daxil ola bilər.

Məlumatınızdan necə istifadə edirik

Biz sizin məlumatınızdan bütün dünya üzrə hər gün sizin kimi insanların həyatına toxunmaq və yaxşılaşdırmaq məqsədinə nail olmaq üçün istifadə edirik. Biz sizin məlumatınızdan məlumatla bağlı sual və ya sorğularınıza cavab vermək, sizə sorğu verdiyiniz məhsul və ya nümunələri göndərmək, sizə P&G saytını və ya proqram tərcihlərinizi idarə etməklə kömək etmək, müsabiqələrimizdə və ya totalizatorlarımızda iştirak etmək imkanı vermək və ya bizdən aldığınız məhsullar üçün ödənişi emal etmək üçün istifadə edirik. Biz eyni zamanda istehlakçıların nə istədikləri barədə öyrənmək və onları yeni məhsullarla təmin edə bilmək və ya artıq mövcud məhsulları yaxşılaşdırmaq üçün sizin qeyri-şəxsi məlumatınızdan (məsələn, satınalma məlumatı, sadə sorğular və s.) istehlakçı tədqiqatları və ya təhlillərində (və ya müvafiq tədqiqatla bağlı razılığınız olduqda şəxsi məlumat) istifadə edə bilərik.

Məlumatınızdan istifadə etməyin başqa yolu bizdən eşitdiklərinizin müvafiq olmasını və sizin üçün faydalı olmasını təmin etməkdir. Məsələn, Gilette.com saytına daxil olaraq məhsullarımızı almaqla maraqlanmış olduğunuzda biz sizə Gillette® məhsulları barədə məlumat göndərə bilərik. Bunu etdiyimizdə sizin kuki ID və ya cihaz ID-si kimi məlumatınızdan istifadə edərək Gilette-dən eyni reklamı görmə sayını məhdudlaşdıra bilərik. Biz eyni mesaja təkrar-təkrar qulaq asmamaq üçün istifadə etdiyiniz və sevdiyiniz məhsullar barədə bizdən eşitmənizi istəyirik.

Biz eyni zamanda vebsaytlarımızın necə istifadə edildiyini anlamaq və ya istehlakçı vərdişlərini öyrənməklə məhsul və təklif etdiyimiz xidmətləri ümumi marağı olan bütün istehlakçıların ehtiyaclarına uyğunlaşdırmaq üçün heç bir kəsin kimliyini açıqlamadan bir çox insanlardan toplanmış məlumatlardan istifadə edirik. Məsələn, biz uşaq məhsulları vebsaytlarına daxil olan yeni valideyn olmuş istehlakçılar barədə çox şey öyrənə bilər və onlara lazım olan məhsul və xidmətlərlə hər yerdə yeni valideynlərə daha yaxşı xidmət göstərə bilərik. Bu cür qeyri-şəxsi məlumatdan bu yolla istifadə etmək sizin məxfiliyinizi qorumağımıza kömək edir. Biz hər zaman bu məqsədlə lazım olduqda qeyri-şəxsi məlumatdan istifadə etməyə çalışacağıq.

Bundan əlavə məxfiliyinizi qorumaq üçün biz eyni zamanda tapşırığı tez icra etmək üçün lazım olan minimal məlumatlardan istifadə edəcək, kuki fayllar və cihaz ID-lərinin sizi birbaşa və ya dolayı yolla müəyyən etməsinə (məsələn, adınızla) yol açan məlumat qarışıqlığının qarşısını almaq üçün tədbirlər görəcək və biznes məqsədlərimiz üçün artıq bizə lazım olmayan məlumatlarınızı siləcəyik.

Məlumatınızı necə qoruyuruq

Biz sizin şəxsi məlumatınıza hörmətlə yanaşır və onların itməməsi, sui-istifadə edilməməsi və ya dəyişdirilməməsi üçün tədbirlər görürük. Müvafiq olduqda bu addımlara brandmauzerlər, intruziyanın aşkarlanması və ya mühafizə sistemləri, unikal və mürəkkəb şifrələr və şifrləmə kimi texniki tədbirlər daxil edilə bilər. Biz eyni zamanda əməkdaşların məlumatla işləmə öhdəlikləri barədə təlimləndirilməsi, hadisə və risklərin müəyyən edilməsi, əməkdaşların şəxsi məlumatınıza çıxışının məhdudlaşdırılması və istifadə edilməyən müvafiq şəkildə qorunan sənədlər daxil olmaqla fiziki mühafizənin təmin edilməsi kimi təşkilati və fiziki tədbirlərdə də istifadə edirik

Hansı məlumatı paylaşırıq

Başqa şirkətlərlə. Razılığınızı aldıqda seçdiyimiz ortaqlarımızın sizə maraqlı ola biləcəyinə inandığımız təklif, kampaniya məlumatı və ya məhsul və xidmətləri barədə reklam göndərmələri üçün məlumatınızı onlarla paylaşa bilərik. Məsələn, Pampers® kimi uşaq bezi brendlərimizdən P&G e-poçt məktubları alan insanlar başqa şirkətlərin məhsulları olan uşaq formulaları barədə də məlumat almağa razılıq verə bilər. Biz şəxsi məlumatınızı P&G xaricində heç bir marketinq şirkətlərinə satmırıq. Biz sizi şəxsən müəyyən etməyən məlumatı hər hansı məqsədlə başqa şirkətlərlə paylaşa bilərik.

Xidmət təminatçıları ilə. Biz məlumatınızı saytlarınızın aparılması, sizə e-poçt məktublarının çatdırılması, topladığımız məlumatların təhlil edilməsi və sorğu verdiyiniz məhsul və xidmətləri sizə göndərmək daxil olmaqla biznesimizin idarə edilməsində bizə kömək edən şirkətlərlə də paylaşmalı ola bilərik. Biz yalnız sorğu verdiyimiz tapşırıqları icra etmələri üçün lazım olan şəxsi məlumatları həmin şirkətlərlə paylaşırıq. Onlardan sizin şəxsi məlumatınızı bizim kimi qorumaq və başqa məqsədlər üçün istifadə etməmək və paylaşmamaq tələb edilir.

Başqa şərtlər. Şəxsi məlumatınızı paylaşdığınız brend və ya biznes sahələrimizdən biri başqa şirkətə satılmış olarsa, məlumatınız bu şirkətlə paylaşılacaqdır. Nəticədə hesabınız və şəxsi məlumatınız brend və ya yeni şirkətə bu məlumatları silmək istədiyinizi bildirmədiyiniz halda silinməyəcəkdir. Biz eyni zamanda məlumatınızı hüquq və mülkiyyətimizin qorunmasında bizə kömək edən şirkətlərlə və qanun və ya dövlət orqanları tərəfindən tələb edildikdə paylaşa bilərik.

Sizin hüquq və seçimlərimiz


Marketinq. Siz bu məktubda göndərdiyimiz abunəlikdən imtina təlimatlarına əməl edərək daha sizə e-poçt və ya mətn mesajları göndərməməyimizi istəyə bilərsiniz. Bundan əlavə siz marketinq e-poçt məktubları, SMS və ya poçt məktubları almaqdan imtina etmək üçün bura vura bilərsiniz . Sizin seçimlərinizə hörmətlə yanaşmaqla yanaşı bu məlumatı saxlamalı olduğumuz hallar da mümkündür. Məsələn, marketinq e-poçt məktubları göndərməməyimizi istədiyinizdə, sistemimizin artıq bu e-poçt ünvanına marketinq məlumatları almaq istəmədiyinizi yaddaşda saxlaması üçün sənəd üzərində e-poçt ünvanınız bizə lazım olacaqdır.

Hesablar. Qeydiyyatda olduğunuz ölkədən asılı olaraq sizin P&G hesabınız məlumatınıza çıxmaq və məlumatınızı yeniləmək və ya silmək təklifi verə bilər. Əks halda, sorğu vermək üçün buraya vurun .

AİM və ya İngiltərə sakinləri. AİM və ya İngiltərədə yaşadığınız təqdirdə və ya fiziki olaraq AİM və ya İngiltərədə olduğunuzda haqqınızda saxladığımız şəxsi məlumatlara çıxış əldə edə, qeyri-dəqiq, köhnəlmiş və ya artıq zəruri olmayan məlumatlara düzəliş olunmasını, silinməsini və ya məhdudlaşdırılmasını xahiş edə və bizdən məlumatlarınızın sizə başqa xidmət təchizatçısına ötürməyə imkan verən formatda təqdim olunmasını xahiş edə bilərsiniz. Siz, həmçinin, bizim haqqınızda olan şəxsi məlumatların emal edilməsinə razılığınıza arxayın olduğumuz hallarda istənilən vaxt razılığınızı geri götürə bilərsiniz. Məlumatlarınızın emalı bizim legitim maraqlara (bu o deməkdir ki, bizim bu məlumatlardan istifadə etmək üçün səbəbimiz var) əsaslandığı hallarda şəxsi məlumatlarınızın tərəfimizdən emal edilməsinə etiraz edə bilərsiniz. Əgər siz məlumatların mühafizəsi və ümumiyyətlə şəxsi məlumat hüquqlarınız haqqında daha ətraflı öyrənməm istəyrsinizsə xahiş edirik, https://edps.europa.eu/data-protection/ ünvanında yerləşən Avropada Məlumatların Mühafizəsi üzrə Müfəttişlyin veb-saytını və ya https://ico.org.uk ünvanında yerləşən İngiltərə İnformasiya üzrə Komissarın Ofsinin veb-sayıtını ziyarət edin. Suallarınıza olan cavablarımız sizi qane etmirsə, ölkənizdəki məlumatların mühafizəsi üzrə səlahiyyətli orqana şikayət edə bilərsiniz. Sorğunuzu yerləşdirmək üçün aşağıdakı seçimlərdən birini etməyinizi xahiş edirik:

Ümumi sorğular . Məsələn, vebsayt və ya proqramlarımızın biri ilə qeydiyyat zamanı bizə təqdim etdiyimiz məlumat daxil ola bilən marketinq məqsədilə istifadə edilmiş şəxsi məlumatla bağlı sorğu vermək üçün bizimlə buradan əlaqə saxlayın.

Media reklamlar . Məsələn, kuki və ya cihaz ID səviyyəsində barənizdə əlimizdə olan və sizi müvafiq reklamlarla təmin etmək üçün istifadə etdiyimiz məlumat daxil ola bilən reklam məqsədilə istifadə edilmiş şəxsi məlumatla bağlı sorğu vermək üçün bizimlə buradan əlaqə saxlayın. Sorğunuzu emal etmək üçün aşağıdakı identifikatorlardan hər hansı birini təqdim etməlisiniz:

    1. Xidmət təminatçılarımızdan əldə edilən kuki identifikatorlarınız: Tapad, Neustar, MediaMath və TheTradeDesk.
    2. Mobil reklam ID-ləriniz (IDFA, Android ID).
    3. Connected TV təminatçısı tərəfindən təyin edilən unikal ID olan Reklam üçün TV Cihaz İdentifikatorunuz, məsələn, Reklam üçün Roku ID-si.

Istehlakçı tədqiqatı . Tədqiqat təlimlərimizin birində iştirakınızın bir hissəsi ola bilən şəxsi məlumatla bağlı sorğu vermək üçün razılıq formanızda göstərilmiş əlaqə məlumatı və ya zəng ilə, eləcə də tədqiqat mərkəzimizə daxil olaraq bizimlə əlaqə saxlayın.

Diş həkimləri. Diş həkimisiniz və peşəkar tədqiqat proqramlarımızdan biri vasitəsilə https://www.dentalcare.com saytına daxil olaraq bizi məlumatla təmin etmisinizsə, müvafiq ölkədəki nömrələr və aşağıdakı e-poçt ünvanları ilə bizimlə əlaqə saxlayın.

Ölkə

Çağrı Mərkəzi

E-poçt

Almaniya

0203 570 570

M/D

Avstriya

00800 570 570 00

M/D

İsveçrə

00800 570 570 00

M/D

BK

0870 242 1850

Buraya vurun

İspaniya

900 670 270

Buraya vurun

İtaliya

+390650972534

M/D

Fransa

+ 33 (0) 825 878 498

Buraya vurun
Buraya vurun
Buraya vurun

Belçika

M/D

Buraya vurun

Niderland

M/D

Buraya vurun

Polşa

0 801 25 88 25

M/D

Kuki fayllar

Kukilər vebdə axtarış etdiyinizdə kompüterinizə göndərilən kiçik fayllardır. Onlar daxil olduğunuz vebsaytla əlaqəniz barədə faydalı məlumatı özündə saxlayır. Kukilər kompüter və ya cihazınızda və ya cihaz, eləcə də fayllarınızda saxlanan məlumatları toplamır. Kukilər sizi bir şəxs kimi birbaşa müəyyən edə bilən məlumatı saxlamır. Kukilər kompüter və cihazınızı yalnız təsadüfən təyin edilmiş rəqəm və hərflər kimi (məsələn, kuki ID ABC12345) göstərir və heç zaman adınızı (məsələn, Con E. Smit) təsvir etmir.

Biz kukilərdən aşağıdakılar kimi bir neçə məqsəd üçün istifadə edirik:

  • sizə müvafiq reklamla xidmət göstərmək
  • P&G məzmunu ilə əlaqəniz barədə ətraflı məlumat almaq
  • vebsaytlarımıza daxil olan zaman təcrübənizi artırmaqda bizə kömək etmək
  • hər dəfə vebsayta daxil olduqda onu fərdiləşdirməməniz üçün dil və ya region kimi tərcihlərinizi yaddaş saxlamaq
  • xətaları aşkar və həll etmək
  • vebsaytlarımızın nə qədər yaxşı işlədiyini təhlil etmək

İstifadə etdiyimiz kuki növləri:

  • Sessiya kukiləri. Vebsəhifələrin yaddaşı yoxdur. Sessiya kukiləri səhifədən səhifəyə keçdiyinizdə sizi yaddaşda saxlayır (təsadüfən yaradılmış ID ilə, məsələn, ABC12345) ki, artıq müəyyən saytda daxil etdiyiniz məlumatı hər dəfə daxil etməli olmayasınız. Məsələn, sessiya kukiləri onlayn alış-veriş zamanı çox faydalı alətdir; onlarsız alış-veriş səbətinə atdığınız mallar ödənişə keçdiyiniz müddətə qədər itə bilərdi! Bu kukilər saytdan çıxdığınızda və ya brauzeri bağladığınızda dərhal silinir.
  • Davamlı kukilər. Davamlı kukilər yenidən daxil olduğunuzda tərcih etdiklərinizi xatırlamanıza kömək edir. Məsələn, birinci dəfə daxil olduğunuzda saytı fransız dilində oxumağı seçmişdinizsə, növbəti dəfə sayta döndüyünüzdə o, avtomatik olaraq fransız dilində açılacaqdır. Hər dəfə dil tərcihini seçməmək saytdan daha rahat, daha səmərəli və asan istifadə etmənizə kömək edir.
  • Reklam kukiləri. Bu kukilər daxil olduğunuz vebsaytlar və aldığınız məhsullara əsasən ümumi maraqlarınız barədə öyrənmək üçün istifadə edilə bilər. Bu, eyni zamanda yaşınız, ailə vəziyyətiniz və uşaqlarınızın sayı kimi məlumatları bilməyimizə kömək edə bilər. Bu məlumat ehtiyaclarınıza daha uyğun olan və bəyənəcəyiniz məhsul və xidmətlər barədə reklamları sizə göndərmiyimizə imkan verir. Eyni zamanda bu, eyni reklamı görmə sayını məhdudlaşdırmağımıza imkan verir.
  • Analitik kukilər. Bu kukilər vebsaytlarımızın necə işlədiyini bizə bildirir. Bir çox hallarda, Google analitik kukilərindən saytlarımızın necə işlədiyini yoxlamaq üçün istifadə edirik. Bizim saytlarımıza daчil olmanız barədə Google Analytics ilə toplanan məlumatdan istifadə etmək və onu paylaşmaq imkanımız Google Analytics İstifadə Şərtləri Google Məxfilik Siyasəti ilə məhdudlaşdırılmışdır.

Kukiləri necə idarə edə bilərsiniz. Siz brauzerinizi elə qura bilərsiniz, kompüterinizə göndərilən kukini müəyyən edə və ya bütün kukiləri rədd edəsiniz. Lakin, bu, bizim sayt və ya xidmətlərimizin düzgün işləməsinin qarşısını ala bilər. Eyni zamanda brauzerinizi elə qura bilərsiniz ki, hər dəfə brauzeri bağladıqda kukiləriniz silinsin.

Digər texnologiyalar.

  • Təxminilik əsaslı mayaklar. Mayaklar telefonda quraşdırdığınız mobil proqramlara çox qısa yollarla bir tərəfli siqnallar göndərir və mağazaya baxdığınızda sizə endirimdə olan məhsulları sizə bildirir. Mayaklar yalnız kifayət qədər yaxınlaşdığınızda və xüsusi mayakla bağlı mobil proqramda razılıq verdiyinizdən sonra cihazla danışır. Əvəzində sizi fərdi reklamlar və təkliflərlə təmin etməmiz üçün proqramlar bizə yeriniz barədə məlumat verə bilər. Məsələn, supermarketdə dəriyə qulluq bölməsində mayak yanında olduğunuzda biz sizə 4$ dəyərində endirim kuponu göndərə bilərik.
  • Piksellər. Bunlar veb səhifəyə daxil edilmiş, lakin görünməyən kiçik obyektlərdir. Onların başqa adları «teqlər», «veb böcəklər» və ya «piksel gifləridir». Biz kompüterinizə kukilər göndərmək, vebsayt fəaliyyətinizi yoxlamaq, saytlarımıza girişinizi asanlaşdırmaq və onlayn marketinq fəaliyyəti üçün piksellərdən istifadə edirik. Biz eyni zamanda təşviqat kampaniyaları barədə açdığınız və ya işlədiyiniz e-poçt mesajları və ya bülletenlərimizə də piksellər daxil edirik.
  • Mobil cihaz eyniləşdirici və SDK-lar. Biz mobil proqramlarımızda proqram təminatı kodundan istifadə edərək kukilərin internetdən topladığı bənzər məlumatı toplayırıq. Bu, mobil telefon eyniləşdiriciləri (iOS IDFA və Android Reklam ID-ləri) və proqramlarımızdan istifadəniz kimi məlumat olacaq. Kukilərə bənzər olaraq, proqramlarımızdan istifadə etdiyiniz zaman avtomatik topladığımız cihaz məlumatı sizi şəxsən müəyyən etməyəcəkdir. Biz mobil cihazı təsadüfən təyin edilmiş rəqəm və hərflər (məsələn, reklam ID EFG4567) kimi tanıyırıq və ya heç zaman adla (Con E. Smit) müəyyən etmirik.
  • Dəqiq coğrafi yer. Biz mobil proqramlarımızdan istifadə etdiyiniz zaman qlobal yerləşdirmə sistemi (GPS) koordinatları (uzunluq və en) kimi proqramlardan dəqiq yeriniz barədə məlumat ala bilərik. Siz hər zaman telefon və ya cihazınızda dünyanın harasında olduğunuz barədə məlumatı bizə bildirməklə bağlı qəbul və ya rədd etmək kimi ani mesaj alacaqsınız. Siz anlamalısınız ki, biz həmişə sizin şəhər, poçt indeksi və ya əyalər kimi ümumi məlumatı almaqla bağlı razılığınızı istəməyəcəyik. Məsələn, biz sizin Filippin adaları, Manila şəhərində olduğunuzu bildiyimiz halda onun sizin dəqiq yeriniz olduğunu nəzərə almırıq.

Marağa uyğun reklamlar

Ortaq saytlarımıza daxil olduğunuzda sizə görmək istədiyinizə inandığımız reklam və ya başqa məzmunları göstərə bilərik. Məsələn, uşaq paltarı və ya məktəb ləvazimatı satılan saytlara daxil olduğunuzu gördüyümüzdə siz Tide® yuyucu tozu ilə bağlı reklam ala bilərsiniz. Bu məlumatdan da biz uşaqlarınızın olduğunu və bu səbəbdən güclü yuyucu tozla bağlı marağınız ola bildiyini anlaya bilərik. Bu yolla sizin üçün faydalı ola bilən məhsullarımız barədə müvafiq məlumatı sizə göndərə bilərik.

Biz bənzər maraqlarını paylaşan bir qrup istehlakçıdan məlumat alırıq. Biz sizi eyni maraqları paylaşan müəyyən istehlakçı qrupuna daxil edə bilərik. Məsələn, tez-tez onlayn şəkildə ülgüc aldığınızı gördüyümüzdə və ya endirimdə alış-veriş etməyi xoşladığınızı bildiyimizdə sizə onlayn kuponlar və ya endirimlər barədə məlumat göndərmək üçün sizi «ülgüc sevənlər» qrupuna daxil edirik. Siz veb səhifələrə baxdığınızda, veb səhifələrimizdə və ya başqa vebsaytlarda keçidləri açdığınızda, istifadə etdiyiniz mobil proqramlarda və ya brendlərlə bağlı e-poçtlarımızı açdığınızda və oradakı keçidlərə vurduğunuzda biz bu məlumatı görürük. Biz ümumi trendlər, vərdişlər və ya xassələr barədə məlumat almaqda bizə kömək etmək üçün bənzər onlayn və/və ya oflayn fəaliyyətlər göstərən istehlakçı qruplarının kuki və cihaz ID-lərini bir yerdə qruplaşdırırıq. Beləliklə, biz artıq qrupda olanlarla bənzər maraqları olanları tapa və onlara xidmət göstərə, eləcə də onlar üçün faydalı və müvafiq olacağını hesab etdiyimiz təklif və məlumatlar təqdim edə bilərik.

Biz başqa məlumatları sizin kuki və cihaz ID-lərinizə qoşuruq. Sizin kuki və cihaz ID-ləriniz oflayn rejimdə aldığınız məhsullar barədə məlumat kimi başqa məlumat və ya saytlarımızda hesab yaradan zaman birbaşa bizə təqdim etdiyiniz məlumatla müşayiət edilə bilər. Biz bunları sizi şəxsən müəyyən edə bilməyəcək şəkildə edirik. Məsələn, biz ID ABC12345 saylı kukinin ülgüc sevənlər qrupuna aid olduğunu insanın daxil olduğu vebsaytlar, yaşı, cinsi və alış-veriş vərdişlərindən öyrənə bilərik, lakin bu şəxsin adı və ya ünvanı, eləcə də onun kimliyini aşkar edə bilən başqa məlumatları görə bilmərik. Nə zamansa sizin kuki və ya cihaz məlumatınızın (veb və proqrama baxış tarixçəsi) kimliyinizi müəyyən etməsini istərsək, bu zaman sizdən bunu xahiş edəcəyik.

Biz sizin bütün kompüterləriniz, tabletləriniz, telefonlarınız və cihazlarından sizi tanıya bilərik. Biz ID ABC12345 saylı kukinin ID EFG15647 saylı cihaz qoşulu olan mobil telefonun sahibi olan şəxs və ya ailəyə aid olduğunu bilə bilərik. Bu o deməkdir ki, siz laptopunuzda uşaq bezi axtardığınızda bizim sponsorluq etdiyimiz Google axtarış keçidinə vursanız, sonra mobil telefonunuzda Pampers® brendinin uşaq bezləri barədə reklam görəcəksiniz. Kompüter və telefonun eyni şəxsə aid olduğunu onların hər gün eyni vaxtda eyni WiFi şəbəkəsinə qoşulmasından müəyyən edə bilərik. Cihazların eyni şəxs və ya ailə tərəfindən istifadə etməsini bilmək eyni reklamın bütün cihazlarda görünmə sayını məhdudlaşdırmağımıza kömək edir. Və bu vacib məqamdır, çünki bu yolla sizə eyni reklamı dəfələrlə göstərdiyimiz üçün bizi spam hesab etməyəcək və biz sizin istəmədiyiniz reklamları təkrarən sizə göstərmək üçün ödəniş etməyəcəyik.

Maraqlarınıza uyğun reklamları almaqdan imtina etmək qaydası. P&G şirkətinin maraqlarınıza uyğun reklamlarını almaqdan imtina etmək üçün buraya və ya saytlarımız və ya mobil proqramlarımızın birində WebChoices və ya AppChoices nişanlarına vura bilərsiniz. Siz eyni zamanda baruzerlərinizdə kukiləri rədd etməklə, proqramların çox vaxt quraşdırma zamanı göstərdiyi «məlumata çıxışı» rədd etməklə və ya cihazın reklam izləmə parametrlərini tənzimləməklə maraqlara uyğun reklamların alınmasının qarşısını ala bilərsiniz.

Siz maraqlara uyğun reklamlardan imtina etdiyinizdə belə məzmuna xas reklamlar almağa davam edəcəksiniz. Siz maraqlara uyğun reklamlar göndərməyi dayandırdığımızda belə, siz yenə də kompüter və ya mobil cihazlarımızda brendlərimizdən reklamlar alacaqsınız. Lakin bu reklamlar daxil olduğunuz saytların məzmununa uyğun olacaq və məzmun reklamları adlandırılacaq. Mobil telefon və ya kompüterdən daxil olduğunuz səhifələrə əsaslanan maraqlara uyğun reklamlardan fərqli olaraq məzmuna uyğun reklamlar daxil olduğunuz xüsusi saytın məzmununa uyğun olaraq sizə reklamlar göndərir. Məsələn, siz onlayn şəkildə uşaqlar üçün məhsullara baxan zaman hələ də uşaqlarla bağlı brendlərin biri barədə reklam ala bilərsiniz, çünki bu saytlara adətən yeni və ya hamilə valideynlər daxil olur. Bundan əlavə bilməlisiniz ki, biz yenə də kompüter və ya cihazlarınızdan məlumat toplamağa davam edə və ondan vebsaytlarımızın işinin qiymətləndirilməsi, istehlakçı tədqiqatı və ya saxtakarlıq hallarının aşkarlanmasında istifadə edə bilərik.

Kukilərin silinməsi imtina kukilərinizi də silir. Maraqlara uyğun reklamlardan imtina etdiyinizdə, biz brauzerinizə artıq maraqlara uyğun reklamlar almaq istəmədiyinizi göstərən imtina kukiləri göndəririk. Bütün kukiləri silməyə qərar verdiyinizdə sizin imtina kukiləriniz də silinəcəkdir. Bu o deməkdir ki, hələ də maraqlara uyğun reklam almaq istəmirsinizsə, yenidən onlardan imtina etməlisiniz.

Facebook-un Təkmil Uyğunlaşdırması. Saytlarımızdan bəziləri reklamçılara təklif etdikləri xidmət olan Facebook-un Təkmil Uyğunlaşdırması xüsusiyyətlərindən istifadə edir. Bu xüsusiyyətlər vasitəsilə biz brauzer kukiniz, yaxud cihaz identifikatorunuz ilə uyğunluğunuzun müəyyənləşdirilməsinə kömək etmək məqsədilə sayt forması sahələrimizə daxil etdiyiniz müəyyən məlumatları (məs., adınız, e-poçt ünvanınız və telefon nömrəniz – hər hansı həssas, yaxud xüsusi kateqoriyadan olan məlumatlar deyil) həşlənmiş (şifrələnmiş) formatda Facebook-a göndərəcəyik, yaxud Facebook pikseli həmin məlumatları avtomatik olaraq həşləyəcək (şifrələyəcək) və əldə edəcək. Biz bunu Facebook-un platformasında reklam xidmətimizin effektivliyini daha yaxşı hədəfə ala və müəyyən edə bilmək üçün edirik. Bu yolla Facebook-da sizə reklam göstərdiyimizi, onun üzərinə kliklədiyinizi, saytımıza daxil olduğunuzu və nəsə aldığınızı, yaxud bunların heç birini etmədiyinizi və buna görə də Facebook-da reklamlar almağı davam etdirməli olub-olmadığımızı bilməyimiz mümkün olur.

AİM və İngiltərədə Məlumatların Emalı, Saxlanılması və Ötürülməsi

Bu bölüm yalnız tərəfimizdən AİM ölkəsi və İngiltərə vətəndaşlarının şəxsi məlumatlarının emalına tətbiq olunur. Bu, Məlumatların Mühafizəsi üzrə Ümumi Reqlamentin məzmunu və mahiyyətinə uyğun olaraq və 2018-ci il tarixli Məlumatların Mühafizəsi üzrə Qanun tərəfindən İngiltərə qanunvericiliyində nəzərdə tutulduğu və 2019-cu il tarixli Məlumatın Mühafizəsi, Məxfiliyi və Elektron Kommunikasiyalar (Düzəlişlər və sairə.) üzrə (Aİ Çıxış) Qaydalar ilə düzəliş olunduğu kimi tərəfimizdən AİM və İngiltərə vətəndaşlarının şəxsi məlumatlarının emalı, saxlanılması və ötürülməsində şəffaflığın artırılmasını təmin etmək məqsədini daşıyır.

Hüquqi şəxslər. Müxtəlif P&G təşkilatları sizin məlumatlarınıza nəzarət edə bilər. Məlumat idarəedicisi məlumatların emalı fəaliyyətini idarə edən qurumdur və əsasən məlumatlara görə məsuliyyət daşıyır. Aşağıdakı diaqram AİM ölkəsinin məlumatları və İngiltərə məlumatları üzrə məlumat idarəedicilərini müəyən edir. Məsələn fransız veb-saytlarının birindən elektron poçt almaq üçün qeydiyyatdan keçən zaman həmin ölkənin adının yanında qeyd olunan P&G təşkilatı həmin şəxsi məlumatlarının idarəedicisi olacaq (məsələn, Procter & Gamble Fransa SAS).

Ölkələr

Məlumat Nəzarətçisi

Avstriya

Procter & Gamble Austria – Zweigniederlassung der Procter & Gamble GmbH

Bolqarıstan

Procter & Gamble Bulgaria EOOD

Rumıniya

Müsabiqələr üçün: Procter & Gamble Distribution SRL

Başqa saytlar üçün: Procter & Gamble Marketing Romania SR

Polşa

Procter and Gamble DS Polska sp z o.o.

Belçika

Procter & Gamble Distribution Company (Avropa) BVBA

Çexiya Respublikası

Procter & Gamble Czech Republic s.r.o.

Macarıstan

Procter & Gamble RSC Regionális

Slovakiya

Procter & Gamble, spol. s.r.o.

Xorvatiya

Procter & Gamble d.o.o. za trgovinu

Fransa

Procter & Gamble France SAS/Procter & Gamble Pharmaceuticals France SAS”

Almaniya

Procter & Gamble Service GmbH

Yunanıstan

P&G Hellas Ltd.

İrlandiya

Procter & Gamble UK

İtaliya

Procter & Gamble Srl

Niderland

Procter & Gamble Nederland B.V.

Portuqaliya

Procter & Gamble Portugal, Productos de Consumo Higiene de Saude, S.A.

İspaniya

Procter & Gamble España, S.A.

Birləşmiş Krallıq

Procter & Gamble UK

Qeyd edilməyən AB ölkələri

Procter & Gamble International Operations SA

Emal və saxlama. Ümumi qayda kimi biz məlumatlarınızı yalnız toplanma səbəbi tamamlanana və ya qanunla tələb edilənədək saxlayırıq. Sorğularınıza cavab vermək, eləcə də marketinq e-poçt məktublarından imtina etməyə davam etmək və ya hüquqi və digər qaydalara əməl etmək üçün bu məlumatı qeyd edilmiş saxlama müddətindən çox da saxlaya bilərik. Bu diaqram sizə topladığımız məlumatın növü, toplanma səbəbi, bu istifadənin qanuna uyğun olmasını (hüquqi əsasını) və adətən məlumatı neçə müddət saxladığımızı (saxlama müddəti) göstərir.

Məlumatın növü

Bu məlumatı toplamağımızın səbəbi

Hüquqi əsas

Saxlama müddəti

Marketinq

E-poçt, ad, telefon nömrəsi, poçt ünvanı, sizin yaxınlarınız, maraqlarınız, peşəniz, vərdişləriniz, aldıqlarınız, yüklədiyiniz şəkil və ya videolar, uşaqlarınız və eviniz barədə məlumat, ailə vəziyyətiniz, ailə üzvlərinizin sayı, saç növünüz, sevimli ətriniz, ev heyvanlarınız və s.

Məhsul və ya xidmətlərimiz və ya ortaqlarımızın məhsul və ya xidmətləri barədə marketinq məlumatı göndərmək üçün.

E-poçt və SMS üçün razılığınız və bu razılığı aldığımızda poçt ilə razılığınız. Başqaları üçün qanuni maraqlar.

Şəxsi məlumatı silməyi tələb edənə və ya razılığınızı geri alana qədər. Bu cür sorğu verməsəniz, şəxsi məlumatınız aşağıdakı qrafikdə silinəcək:

e-poçt: bütün kanalların qeyri-fəallığından <50 ay sonra. Qeyri-fəallığı müxtəlif daxili meyarlarla müəyyən edirik.

SMS: bütün kanalların qeyri-fəallığından <50 ay sonra. Qeyri-fəallığı müxtəlif daxili meyarlarla müəyyən edirik.

poçt ünvanı: bütün kanalların qeyri-fəallığından <50 ay sonra. Qeyri-fəallığı müxtəlif daxili meyarlarla müəyyən edirik.

Müsabiqələr

E-poçt, ad, telefon nömrəsi, bəzən başqa məlumatlar.

Müsabiqə iştirakçılarını müsabiqə barədə məlumat, eləcə də müsabiqənin qaliblərini elan etmək üçün.

Razılığınız.

Yerli qanunla daha uzun müddətə saxlamaq tələb edilmədikdə, 24 ay müddətinə.

Məhsul Satınalmaları

E-poçt, ad, telefon nömrəsi, ödəniş məlumatı (o cümlədən, bamk hesabə IBAN və ya Paypal məlumatı) bəzən başqa məlumatlar.

Məhsullarımızı satınalmalarını, geri ödəniş təkliflərini və ya zəmanətləri işləmək və sizə satınalma ilə bağlı müvafiq sənədləri göndərmək üçün.

Razılığınız.

Sifarişinizi cra etmək və sifarişiniz barədə əlaqə saxlamaq lazım olduğu müddətdə və yerli qanunla daha uzun müddətə saxlanması tələb edilmədikdə. Bundan əlavə biz geri nağd ödəniş üçün məlumatları 24 ay, zəmanətlər üçün isə 10 il müddətinə saxlayırıq.

Bizimlə əlaqə

E-poçt, ad, telefon nömrəsi, bəzən başqa məlumatlar.

Suallarınızı bildirmək və müvafiq şəkildə cavablandırmamızdan əmin olmaq üçün və qanun və ya P&G siyasətinə əsasən tələb edilə bildiyi qaydada.

Bizim qanuni biznes marağımız istehlakçı suallarını, eləcə də sizin bəzi reklam tədbirləri üçün toplana bilən xüsusi kateqoriyalı məlumat üçün razılığınızı idarə edir.

Sualınızın təbiətindən, məlumatı işləmək üçün qanuni maraqlarımızdan və ya hüquqi öhdəliklərimizdən asılı olaraq 0-10 il arası müddətə.

Tədqiqat

E-poçt, ad, telefon nömrəsi, ünvan, kimliyi təsdiq edə bilən şəkil və ya videolar və bəzən başqa məlumatlar.

Məhsullarımız və istehlakçılarımızın həyatını yaxşılaşdıra bilməmiz üçün məhsul ideyalarımızı yoxlamaq və tərcihlərimiz, eləcə də təcrübələrimiz barədə ətraflı məlumat almaq üçün.

Razılığınız.

Biz real klinik tədqiqatın bir hissəsi kimi topladığımız şəxsi məlumatı toplanma məqsədi üçün lazım olduğu müddətə və/və ya yerli qanun və ya qayda ilə saxlanması tələb edildiyi müddətə (bu müddət 25 ilədək ola bilər) saxlayırıq. Qeyri-klinik tədqiqat üçün biz real şəxsi məlumatları maksimum 5 il müddətinə saxlayırıq. Biz imzalanmış məlumatlı razılığınız olan məlumatları saxlayacağıq

Media Hədəflər

Reklam kukiləri, cihazı ID-si, demoqrafik məlumat, məsələn, cins və yaş, eləcə də səhifəyə baxış kimi davranış məlumatı və bəzən başqa məlumatlar.

İnternet maraqlarınız barədə məlumat almaq və sizə göndərdiyimiz reklamları fərdiləşdirmək üçün.

Qanun biznes maraqlarımız sizə müvafiq reklamla xidmət göstərir. Biz öz vebsaytlarımızda kukiləri açmaq üçün sizin razılığınızı istəyəcəyik.

Biz bu məlumatı topladığımız tarixdən sonra on üç ay müddətinə və siz ondan imtina edənədək saxlayacağıq (hansı birinci baş verərsə).

Məlumatınızın başqa ölkələrə ötürülməsi. Sizin şəxsi məlumatlarınız Amerika Birləşmiş Ştatları və İngiltərə daxil olmaqla toplanılan ölkədən fərqli olan ölkəyə ötürülə, o, ölkədə saxlanıla və emal oluna blər. Məsələn, biz sizin şəxsi məlumatlarınızı məxsusi verilənlər bazasının həmin host serverdə yerləşdirildiyi üçün Amerika Birləşmiş Ştatlarının serverində saxlaya bilərik; və həmin məlumat bizim bazar alıcılarımızdan biri sizə məhsul nümunəsini göndərmək üçün bu məlumata İsveçrədən çıxış əldə etdikdə bir daha «ötürülə» bilər. Belə bir ölkədə sizin ilkin olaraq məlumatı təqdim etdiyniz ölkədəki kimi məlumatların mühafizəsi üzrə eyni qanunlar olmaya bilər. Biz məlumatlarınızı digər ölkələrdəki (Amerika Birləşmiş Ştatları kimi) alıcılara ötürdükdə bu Məxfilik Siyasətində təsvir olunduğu kimi həmin məlumatları mühafizə edəcəyik və şəxsi məlumatların AİM və ya İngiltərədən kənar olan ölkələrdən olan məlumat alıcılarına ötürülməsi üçün adekvat mühafizəni təmin etməklə müvafiq qanunverici tələblərə əməl edəcəyik. Bu məlumatlar alıcılarının məlumatların adekvat mühafizəsini təmin edən ölkələr kimi tanınmayan ölkələrdə yerləşdiyi təqdirdə biz Avropa Komissiyasının Standart Müqavilə Müddəalarına daxil olmaqla eyni səviyyədə məlumat mühafizəsinin təmin olunmasına yönəlmiş müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin edəcəyik. Transfer müqaviləsinin nüsxəsini istədiyiniz təqdirdə, bizimlə əlaqə saxlayın.

Sayt və proqramın məzmunu

Pluginlər. Bizim vebsaytlarımıza sosial şəbəkələr kimi digər şirkətlərin plaqinləri daxil ola bilər. Facebookun «Bəyən» düyməsi plaqinin nümunəsidir. Bu qoşmalar məlumatları toplaya bilər (məsələn sizin ziyarət etdiyiniz səhifənin url ünvanı) və bu məlumatları onları yaradan şirkətə geri göndərə bilər. Bu sizin hətta plaqin üzərinə klikləmədiyiniz təqdirdə də baş verə bilər. Bu plaqinlərin bizim saytlarımızda peyda olmasına baxmayaraq, onlar plaqinləri yaradan şirkətin məxfilik siyasəti və şərtləri ilə tənzimlənirlər. Biz məlumatların toplanılması və ötürülməsi məqsədləri ilə öz AİM və İngiltərə saytları üçün həmin məlumatın idarəedicisi kimi çıxış edirik. Belə plaqinlər zəruri olmayan kuki fayllarıdır və siz kuki fayllarını qəbul etdiyiniz təqdirdə onlar yalnız bizim AİM və İngiltərə saytlarında işləyəcəkdir.

Loginlər. Bizim vebsaytlarımız sizə məsələn «Facebook ilə daxil ol» kimi başqa şirkət hesabı ilə daxil olmaq imkanı verir. Bu zaman biz yalnız sizin razılığınız ilə bu şirkətin daxil olduğunuz hesabındakı hesab parametrlərindən əldə edilən məlumatı görəcəyik.

Istifadəçi məzmunu. Vebsaytlarımızın bəziləri və proqramlar sizə öz məzmununuzu müsabiqə, bloq, video və başqa funksiyalar üçün yükləməyə imkan verəcək. Lütfən, unutmayın ki, göndərdiyiniz və ya dərc etdiyiniz bütün məlumatlar ictimai şəkildə açıq olur. Biz başqalarının saytlarımız və ya proqramlarımıza göndərdiyiniz məzmunla necə davranacağı üçün məsuliyyət daşımırıq. Biz məxfilik siyasəti, qanun və ya şəxsi məxfiliyiniz və təhlükəsizliyinizi poza bilən şəkildə istifadə üçün məsuliyyət daşımırıq.

Keçidlər. P&G saytlarında bizim idarə etmədiyiniz başqa saytlara keçidlər ola bilər. Bu saytlar bizim deyil, öz məxfilik siyasətləri və şərtləri ilə idarə ediləcək.

Uşaqların məxfiliyi

Uşaqların onlayn məxfiliyi qanunları. Uşaqlardan şəxsi məlumatları onlayn toplayan zaman biz məlumatların mühafizəsi üzrə tətbiq olunan bütün qanunlara əməl edirik. Məsələn AİM və ya İngiltərədə biz uşaq üzərində valideyn məsuliyyətinə malik olan şəxsin razılığı olmadan yaşı 16-dan az olan uşaqlardan şəsxi məlumatları toplamırıq. Burada yerli qanunvericiliyin bunu yaşı daha az olan uşaqlardan toplanılmasını nəzərdə tutması istisna halı təşkil edir, bu şərtlə ki, bu yaş 13 yaşdan az olmasın.. Eyni ilə ABŞ-da biz yaşı 13-dən az olan uşaqlardan şəxsi məlumatları topladığımız zaman valideynin təsdiqlənmiş razılığını əldə edirik.

Kaliforniya ştatında yetkinlik yaşına çatmayanlar üçün bildiriş. Biz yaşı 18-dən az olan yeniyetmələrə öz məzmunlarını (məsələn, video, şərh, status yeniləmələri və ya şəkillər) yükləmək imkanı verən interaktiv xidmətlər təklif edə bilərik. Bu məzmun istənilən zaman saytlarımızdakı qaydalara əsasən silinə bilər. Bunu necə etmək barədə sualınız varsa, bizimlə əlaqə saxlayın Nəzərə alın ki, bu cür dərclər başqaları tərəfindən başqa yerə kopyalana, yönləndirilə və ya dərc edilə bilər və biz bunun üçün məsuliyyət daşımırıq. Bu hallarda siz başqa saytın sahibi ilə əlaqə saxlayaraq məzmununuzun silinməsini tələb etməlisiniz.

Bizimlə əlaqə

Məxfiliyiniz və ya məlumatın qorunması üzrə təcrübəmizlə bağlı hər hansı sual və ya narahatçılığınız olarsa və ya əlil istehlakçı olaraq bu bildirişin surətini alternativ formatda əldə etmək istəsəniz, birbaşa bizimlə əlaqə saxlayın . Məlumat sızması ilə bağlı şübhələrin olması kimi, məlumatın qorunması üzrə mütəxəssisimiz üçün nəzərdə tutulmuş sorğunuz olduğu halda, bunu mesajınızda bildirin. Siz həmçinin, Məlumatın Qorunması üzrə Mütəxəssisimizin (Data Protection Officer) aşağıdakı ünvanına yaza bilərsiniz: 1 Procter & Gamble Plaza, Cincinnati, OH 45202, U.S.A. Məlumatların Mühafizəsi üzrə Ümumi Reqlamentin 27-ci Maddəsi üzrə nümayəndəmizin əlaqə məlumatı aşağlıdakı kimidir: Procter & Gamble Ireland, The Graan House, Units E1 and E14, Calmount Business Park, Dublin 12, Ireland.