Procter & Gamble vebsaytları üçün İstehlakçı İstifadə Şərtləri

Tam İstifadə Şərtlərinə baxmaq üçün buraya və ya aşağıdakı Mündəricata vurun

Son yeniləmə: May, 2016

MÜNDƏRİCAT

Vebsaytlar şəbəkəsi (birlikdə "Vebsaytlar", "Saytlar" və ya "Sayt") Procter & Gamble şirkəti və ya onun törəmələri, filialları, varisləri, brendləri, lisenziyaçıları, lisenziya sahibləri və/və ya agentləri ("P&G," "Procter & Gamble" və ya "biz") tərəfindən idarə edilən müxtəlif vebsaytlar və vebsəhifələrdən ibarətdir. Burada qeyd edilən şərtlər, qaydalar və qeydlər (birlikdə " Şərtlər ") bütün P&G vebsaytlarına tətbiq edilir. Bundan əlavə xüsusi P&G Vebsaytları və ya bu Saytlarda təklif edilən funksiya və fəaliyyətlər də (məsələn, kampaniya və söhbət otaqları) bu Saytlarda qeyd edilmiş və burada istinad kimi göstərilmiş əlavə şərtlərə ("Əlavə Şərtlər") tabe ola bilər. Burada qeyd edilən Şərtlərin hər hansı biri hər hansı xüsusi P&G vebsaytında qeyd edilən Əlavə Şərtlərə zidd olarsa, Əlavə Şərtlər əsas götürülməlidir.

Hər hansı xüsusi P&G vebsaytında qeyd edilən şərtlərdə Əlavə Şərtlər əsas götürülməlidir.

VEBSAYT VƏ YA BAŞQA P&G VEBSAYTLARINDAN İSTİFADƏ ETMƏZDƏN ÖNCƏ AŞAĞIDAKI ŞƏRTLƏRİ DİQQƏTLƏ OXUYUN. P&G Vebsaytları Şərtlərdə və müvafiq Məxfilik Bəyanatında dəyişiklik edilmədən tərəfinizdən ("İstifadəçi") qəbul edilməklə təklif edilmişdir. Bu Sayt və ya hər hansı başqa Sayta daxil olmaq və ya ondan istifadə etməklə siz bu Şərtlər və müvafiq Məxfilik Bəyanatı ilə razılaşırsınız. Bu Şərtlərlə razı deyilsinizsə, bu Sayt və ya başqa Saytlardan istifadə etməyin.

Ətraflı məlumat almaq üçün bu Şərtlərin Müvafiq qanun və mübahisələr bölməsinə baxın.

Yuxarıya qayıt

Məxfilik

P&G Vebsaytlarından istifadə eyni zamanda P&G İstehlakçının Məxfilik Bəyanatına da ("Məxfilik Bəyanatı") tabedir. Saytda məxfiliklə bağlı əlavə, ayrıca maddələr olarsa ("Əlavə Məxfilik Maddələri") bu zaman bu Saytdan istifadə Əlavə Məxfilik Maddələrinə tabe olur. P&G İstehlakçı Məxfilik Bəyanatı və Əlavə Məxfilik Təminatları hər biri "Məxfilik Bəyanatıdır".

Saytlarımıza daxil olduğunuzda biz IP ünvan, baxdığınız vebsaytlar və açdığınız keçidlər kimi məlumatı toplayan kuki faylları və digər texnologiyalardan istifadə edirik. Bundan əlavə biz aldığınızın təsdiqi kimi sizə göndərdiyimiz e-poçtlarda rəqəmsal kuki fayllardan istifadə edirik. Siz veb brauzerinizdə bu kuki faylları silə və rədd edə bilərsiniz. Biz bu məlumat, eləcə də saytda qeydiyyat zamanı təqdim etdiyiniz məlumatdan Məxfilik Bəyanatımıza əsasən sizi maraqlandıra biləcək məlumatı sizə göndərmək üçün istifadə edirik. Kuki fayllar barədə ətraflı məlumat almaq üçün bura vurun.

Yuxarıya qayıt

Saytlardan şəxsi istifadə

Əksi xüsusilə qeyd edilmədiyi halda, Sayt yalnız sizin şəxsi və qeyri-ticari istifadəniz üçündür. Siz Saytda qeyd edilmiş heç bir məzmun və ya əlaqələri ("Məzmun"), eləcə də bunlarla məhdudlaşmadan mətni, qrafikləri, şəkilləri, təsvirləri, hərəkətli şəkilləri, səsləri, qrafikləri, məlumatları, proqram təminatlarını, məhsulları və xidmətləri xüsusi icazə əldə edilmədiyi halda, dəyişə, kopyalaya, yaya, köçürə, göstərə, icra edə, təkrar yarada, dərc edə, lisenziya verə, ondan törəmə işlər yarada, ötürə və ya sata bilməzsiniz. Siz anlayırsınız ki, hər hansı Məzmundan səlahiyyətsiz istifadə bizə bərpa edilə bilməyən ziyan vura bilər və razılaşırsınız ki, bu cür səlahiyyətsiz istifadə baş verdikdə biz qanunla tələb edilən tədbirlərdən əlavə tətbirlər tətbiq edəcəyik. Saytda xüsusi materialla bağlı hər hansı xüsusilə qeyd edilmiş məhdudiyyət və ya qadağalara əsasən siz Məzmunun hər hansı hissəsini şəxsi qeyri-ticari istifadəniz üçün elektron şəkildə nüsxələyə və/və ya çap edə və ya bizdən sifariş edə bilərsiniz. Məzmundan bizim yazılı icazəmiz olmadan düzəliş, təkrar hazırlanma, yayılma, təkrar dərc etmə, nümayiş etdirmə və ötürülməsi daxil olmaqla hər hansı başqa formada istifadəsi qəti qadağandır.

Siz məhsulun təsvirləri, şəkilləri, siyahıları və ya qiymətlərindən öz şəxsi qeyri-ticari istifadənizdən və ya bizdən sifariş etməkdən başqa heç bir məqsədlə toplana və/v ya istifadə edilə bilməməsi ilə razılaşırsınız.

Siz razılaşırsınız ki, Saytın heç bir hissəsini ticari məqsədlə təkrar hazırlamayacaq, təkrarlamayacaq, kopyalamayacaq, satmayacaq, təkrar satmayacaq və ya təsirə məruz qoymayacaqsınız və ya Sayta bu məqsədlə daxil olmayacaq və ya istifadə etməyəcəksiniz (o cümlədən, hər hansı "kəsim" və ya robot, hörümçək və ya başqa avtomatlaşmış yollar daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan). Bizim əvvəlcədən yazılı icazəmiz olmadan bu Sayt və ya bu Saytda qeyd edilmiş hər hansı məlumat və ya materialların çərçivələrdə, "xətti" keçidlər və ya buna bənzər yollarla başqa Vebsaytda açılması və ya göstərilməsi qadağandır. Bu vebsayta aparan hər hansı icazəli keçidlər bütün müvafiq qanun və qaydalara cavab verməlidir. Siz bizim adımız və ya ticarət nişanlarımız və ya bu Saytda göstərilən hər hansı məhsul istehsalçıların adı və ya ticarət nişanları olan hər hansı meta teqlər və ya başqa "gizli mətnlərdən" xüsusi yazılı icazəmiz olmadan istifadə edə bilməzsiniz. Bundan əlavə siz aşağıdakıları etməməklə razılaşırsınız: (a) bizim müstəqil qərarımıza əsasən infrastrukturumuza əsassız və ya qeyri-bərabər şəkildə təsir edən və ya edə bilən hərəkətlər etmək; (b) Saytın və ya Saytda qeyd edilən fəaliyyətlərin düzgün işləməsinə təsir etmək və ya etməyə çalışmaq; və ya (c) Sayta çıxışın qarşısını ala və ya bunu məhdudlaşdıra bilən tədbirlər görmək.

Yuxarıya qayıt

İstifadəçilərin Təqdimatları

Bu Şərtlər sizin əxlaqınız, hüquqlarınız və P&G şirkətinin hər hansı mətn, şəkil, video, dərc, əlaqə, musiqi, audio/səs yazılar, sənət əsərləri, reytinqlər, rəylər və ya P&G Vebsaytları ilə bağlı başqa material və ya məlumatlarla ("Təqdimat") bağlı hüquqlarını idarə edir. Təqdimat göndərdiyinizdə, aşağıdakılarla razılaşırsınız:

  • sizin Təqdimatınız orijinal, dəqiq, sizin tərəfinizdən yaradılmış və ya fərdiləşdirilməmişdir;
  • siz hazırda Təqdimatınızda qeyd edilmiş P&G məhsulu (məhsullarından) əxlaqi şəkildə istifadə edirsiniz və Təqdimatınız sizin həqiqi və səmimi fikrinizi və P&G məhsulu (məhsulları) ilə cari təcrübənizi ifadə edir;
  • siz yetkinlik yaşına çatmısınız və ya çatmamısınızsa, valideyniniz və ya qəyyumunuz təsdiqinizlə razılaşır;
  • siz P&G şirkətinin və ya P&G şirkəti tərəfindən P&G məhsullarının təşviqatı və/və ya satılması üçün işə alınmış P&G törəmələri və ya agentliklərinin əməkdaşı deyilsiniz; və ya P&G şirkətinin və ya P&G şirkəti tərəfindən P&G məhsullarının təşviqatı və/və ya satılması üçün işə alınmış P&G törəmələri və ya agentliklərinin əməkdaşınızsa, bu zaman Təqdimatda P&G şirkəti ilə əlaqənizi aydın və ətraflı şəkildə qeyd etməyə razılaşırsınız;
  • sizin Təqdimatınız (və onun hər hansı hissəsi) P&G və ya hər hansı başqa üçüncü tərəf üçün başqa reklam və ya kampaniya materiallarında istifadə üçün nəzərdə tutulmamışdır;
  • sizin Təqdimatınız bu Təqdimat qarşılığında sizə hər hansı ödəniş edilməməsi və ya ödəniş vədi verilməməsi şərti ilə göndərilir. Bundan əlavə sizin Təqdimatınız bu Təqdimatın P&G şirkətinin kampaniyaları üçün istifadə edilə biləcəyindən başqa sizə hər hansı əvvəlcədən fayda verilmədən və ya gələcəkdə fayda veriləcəyini ifadə etmədən göndərilir. Və ya bundan fayda əldə etmiş olduğunuz halda, Təqdimatınızda siz bu faydanın təfərrüatlarından aydın şəkildə imtina edirsiniz;
  • sizin Təqdimatınız saxta, yanlış, təhqiredici, tənqidedici, vulqar, alçaldıcı, böhtanlayıcı, şayiə yayıcı, iftiralı və ya başqa şəkildə qeyri-müvafiq deyil;
  • sizin Təqdimatınız hər hansı üçüncü tərəfin müəllif hüququ, patenti, ticarət nişanı, ticarət sirri, ictimailik hüququ, məxfilik hüququ, mənəfi hüquqları və/və ya başqa müvafiq şəxsi və ya mülkiyyət hüquqlarını pozan məzmundan ibarət deyil;
  • sizin Təqdimatınız hər hansı qanun, qayda və ya nizamnaməni pozan məlumatdan və ya hər hansı qanun, qayda və ya nizamnaməyə əsasən cinayət və ya mülki pozuntunu göstərə bilən şərtlər üçün əsas verən, olan və ya təmin edən məzmundan ibarət deyil;
  • sizin Təqdimatınız hər hansı fiziki şəxsə və ya bir qrup şəxsə qarşı nifrət ifadə edən və ya hər hansı fiziki şəxs, ortaqlıq, korporasiya və ya siyasi təşkilatı qeyri-qanuni şəkildə hədələyici və ya təhlükə altına alıcı məzmun və ya materialdan ibarət deyil;
  • sizin Təqdimatınız başqalarını yayındıracaq və ya karıxdıracaq məzmun və ya materiallardan ibarət deyil, məsələn, forumu idarə etmək üçün bir neçə Təsdiqin dərc edilməsi və ya forumun məzmunu və ya mövzusuna uyğun olmayan Təsdiqin dərc edilməsi;
  • sizin Təqdimatınız üçüncü tərəfin aşağıdakı məlumatları P&G şirkəti ilə paylaşmaq üçün xüsusi icazəsi olmadığı halda, onun vebsaytları, ünvanları, e-poçt ünvanları, əlaqə məlumatları, telefon nömrələri, eyniləşdirici və ya şəxsi məlumatlar olan başqa məlumatlardan (o cümlədən, həssas məlumatlardan) ibarət deyil;
  • sizin Təqdimatınız hər hansı Troya atları, viruslar, qurdlar, təhlükəli kodlar və ya digər potensial təhlükəli məlumat, proqramlar və ya fayllar olan proqram və ya materiallardan ibarət deyil; və
  • P&G şirkətinin sizin Təqdimatınızdan istifadəsi bu Şərtləri pozmur və hər hansı fiziki və ya hüquqi şəxsə ziyan dəyməsinə səbəb olmayacaqdır.

Təqdimatınız hər hansı yolla təşviqat kampaniyası, totalizatorlar, müsabiqə, hədiyyə və ya bənzər proqramlarla bağlı olarsa, Əlavə Şərtlər tətbiq edilə bilər. Təqdimatda qeyd edilən və Saytlarda ifadə və ya dərc edilən hər hansı fikirlər, məsləhət, bəyanat, xidmət, təklif və ya başqa məlumatlar P&G şirkətinə deyil, müvafiq müəllifi (müəllifləri) və ya yayıcısı (yayıcılarına) aiddir. Biz bu cür Təqdimatların dəqiqliyi, tamlığı və ya faydalılığına zəmanət vermir və ya bunları təsdiq etmirik.

P&G şirkəti Sayta daxil olan bütün istifadəçilərin bütün Təqdimatlarını yoxlamır və yoxlaya bilməz və heç bir halda bu Təqdimatların məzmunları üçün məsuliyyət daşıya bilməz. Siz anlayırsınız ki, sizi Saytda istifadəçilər tərəfindən yaradılan məzmuna baxmaq və onu yaymaq imkanı verməklə P&G şirkəti bu yayımlar üçün passiv kanal kimi çıxış edir və Təqdimatlar və ya Saytdakı fəaliyyətlə bağlı heç bir öhdəlik və ya məsuliyyəti üzərinə götürmür. P&G heç bir Təqdimatı (Təqdimatları) dərc və ya istifadə etmək öhdəliyinə malik olmayacaqdır. P&G (a) təhqiredici, tənqidedici və ya ifrita edici, (d) saxta, yayındırıcı və ya karıxdırıcı, (c) müəllif hüquqları və ya ticarət nişanı hüquqlarını və ya başqa mülkiyyət hüquqlarını pozan və ya (d) hər hansı qanun və ya qaydanı pozan, eləcə də (e) P&G şirkətinə qarşı təhqiredici və ya qeyri-müvafiq olan bütün Təqdimat və/və ya İstifadəçiləri bloklamaq və ya silmək hüququnu özündə saxlayır. Nəzərə alın ki, dərc edə və ya ötürə biləcəyiniz hər hansı şəxsi müəyyən edə bilən şəxsi məlumat Procter & Gamble şirkəti tərəfindən Procter & Gamble şirkətinin Məxfilik Bəyanatına əsasən işlənəcəkdir. Məxfilik Bəyanatımızda qeyd edilən təlimatlara əsasən toplaya bildiyimiz hər hansı şəxsi müəyyən edə bilən məlumat istisna olmaqla, hər hansı Təqdimat qeyri-məxfi və qeyri-mülkiyyət məlumatı hesab ediləcəkdir. P&G Təqdimatlarla bağlı heç bir öhdəliyə malik olmayacaqdır.

Təqdimatı göndərməklə siz P&G şirkətinə aşağıdakıların hər biri kimi hüquqlar verirsiniz:

  • Bu Təqdimatdan (Təqdimatlardan) hər hansı bildiriş və ya ödəniş edilmədən və ya icazənizi almadan (qanunla qadağan edilən hallar istisna olmaqla) tam və ya qismən, artıq məlum olan və ya burada aşkar edilən qaydada və bunlarla məhdudlaşmadan hər hansı media, format və ya texnologiya, onlayn və oflayn şəkildə, eləcə də hər hansı təşviqat, ictimai baxış və/və ya şərh edilmə (P&G vebsəhifələrində və ya üçüncü tərəfin vebsəhifələrində olmasından asılı olmayaraq), reklam, marketinq, satış, ictimailəşdirmək, ticari istifadə və əlavə istifadələr məqsədilə istifadə etmək, yoxlamaq, nəzarət etmək, təkrar yaratmaq, dəyişmək, uyğunlaşdırmaq, dərc etmək, tərcümə etmək, törəmə iş yaratmaq, yaymaq, köçürmək, yayımlamaq və icra etmək üçün qeyri-eksklyuziv, dünya miqyaslı, müddətsiz, ləğv edilə bilməyən, tam ödənişli, müəllif ödənişləri olmayan, tam ortaq lisenziyalaşdırıla və ötürülə bilən hüquq və lisenziya vermək;
  • Bu Təqdimatdan hər hansı bildiriş və ya ödəniş edilmədən və ya icazənizi almadan (qanunla qadağan edilən hallar istisna olmaqla) tam və ya qismən, artıq məlum olan və ya burada aşkar edilən qaydada və bunlarla məhdudlaşmadan hər hansı media, format və ya texnologiya, onlayn və oflayn şəkildə, eləcə də hər hansı təşviqat, ictimai baxış və/və ya şərh edilmə (P&G vebsəhifələrində və ya üçüncü tərəfin vebsəhifələrində olmasından asılı olmayaraq), reklam, marketinq, satış, ictimailəşdirmək, ticari istifadə və əlavə istifadələr məqsədilə ad, ləqəb, istifadəçi adı, bioqrafik məlumat, sizin səs yazılarınız və/və ya təsvirləriniz, foto və ya videoqrafik kliplər, portretlər, şəxsillər və ya ictimailik hüquqlarınızın əlamətlərindən (birlikdə "Sizin şəxsi məzmununuz") istifadə etmək üçün qeyri-eksklyuziv, dünya miqyaslı, müddətsiz, ləğv edilə bilməyən, tam ödənişli, müəllif ödənişləri olmayan, tam ortaq lisenziyalaşdırıla və ötürülə bilən hüquq və lisenziya vermək.

Siz eyni zamanda yuxarıda qeyd edilmiş hər hansı istifadə üçün Təqdimatınızda (Təqdimatlarınızda) qeyd edildiyi kimi müvafiq mənəvi hüquqlardan imtina etməklə razılaşırsınız.

Təqdimatı göndərməklə siz özünüz və vərəsələriniz və nümayəndələrinizin adından P&G və onun hər bir məmuru, direktoru və ya əməkdaşını bu Tələbin istifadəsi ilə bağlı yarana biləcək hər hansı və bütün tələblər, məhkəmə işləri, fəaliyyətlər, iddialar, öhdəlik və ziyandan, eləcə də bunlarla məhdudlaşmadan hər hansı saxta reklam, müəllif hüququnun pozulması, məxfilik pozulması, ictimailəşdirmə və ya mənəvi hüquqların pozulması iftiralardan azad etmək və qorumağa razılıq verirsiniz. Yuxarıda qeyd edilənləri məhdudlaşdırmadan, heç bir halda sizə Təqdimat və bu Təqdimatda qeyd etdiyiniz Şəxsi Məzmununuzdan istifadəni və P&G şirkətinin yuxarıda qeyd edilmiş hüquqlarının istifadəsini qadağan etmək, məhdudlaşdırmaq və ya mane olmaq hüquqlarına malik olmayacaqsınız.

Siz anlayırsınız ki, P&G şirkəti sizin təqdimatlarınıza əsaslanır, hüquqlar verir, imtina irəli sürür və Təqdimatı göndərmək üçün icazə verir. Siz anlayırsınız ki, siz bu Müqavilədə qeyd edilən hüquqlar və lisenziyalar, eləcə də buraxılışları geri ala və ya ləğv edə bilməzsiniz.

P&G sizin Təqdimatı redaktə etmək və ya silmək hüququnuzun olacağına zəmanət vermir. Siz anlayırsınız ki, P&G sizin Təqdimatınızın (Təqdimatlarınızın) məzmunu üçün məsuliyyət daşımır.

Yuxarıya qayıt

Əxlaq Kodeksi

Hər hansı Sayta və ya Saytımızda təmin edilən hər hansı funksiyaya daxil olmaq və ya ondan istifadə etməklə, eləcə də bunlarla məhdudlaşmadan Saytımıza Təqdimat göndərən zaman siz aşağıdakı əxlaq standartlarına əməl etməyə razılaşırsınız. Siz razılaşırsınız ki, aşağıdakıları etməyəcək və ya hər hansı başqa fiziki və ya hüquqi şəxsin bunları etməsinə yol verməyəcəksiniz:

  • Saytdan bu Şərtləri pozaraq istifadə edilməsi;
  • Saytın hər hansı hissəsi və ya Saytdan istifadənin hər hansı ticari məqsədlə təkrar hazırlanması, təkrarlanması, kopyalanması, satılması, təkrar satılması və ya məruz qalması;
  • Başqa hüquqi və ya fiziki şəxsin hədələnməsi, təhlükə altına alınması, izlənməsi və ya bilərəkdən utandırılması;
  • Özünü başqa fiziki və ya hüquqi şəxs kimi təqdim etmək;
  • Hər hansı çoxsəviyyəli marketinq və ya piramida sxemlərdə iştirak etmək və ya irəlilətmək;
  • Yaşı 18-dən (on səkkiz) az olan şəxsdən hər hansı şəxsi müəyyən edə biləcək məlumatı almağa çalışmaq;
  • Forumu idarə etmək üçün bir neçə mesaj göndərmək və ya forumun mövzu və ya məzmununa aid olmayan məlumat dərc etmək kimi yayındırıcı fəaliyyətə daxil olmaq;
  • Vebsayt üçün təhlükəli ola bilən hər hansı virus, qurd, Troya atları, təhlükəli kod və ya başqa proqram təminatı və ya başqa materialları təqdim etmək;
  • Saytların hər hansı kompüter sistemi və ya qeyri-ictimai hissəsinə səlahiyyətsiz çıxış əldə etmək və ya Saytlara, serverlərə və ya Saytların qoşulduğu şəbəkələrə zidd və ya mane olmaq;
  • Hər hansı şəxsin məxfiliyini pozmaq, eləcə də hər hansı şəxsin razılığı olmadan onun kimliyini müəyyən edən şəxsi və ya həssas məlumatı dərc etmək və Sayt istifadəçilərinin kimliyini müəyyən edə bilən məlumatları toplamaq;
  • Cinayət və ya mülki pozuntu ola bilən və ya hər hansı federal, dövlət, yerli və ya beynəlxalq qanun və ya qaydaları poza bilən məsələləri irəli sürmək, müdafiə etmək, təlimat vermək və ya müzakirə etmək.

P&G başqa İstifadəçilərin yuxarıda qeyd edilmiş Əxlaq Kodeksinə və ya bu Şərtlərə əməl edəcəyinə zəmanət vermir və verə bilməz və sizinlə aramızda razılaşdırıldığı kimi siz burada bu cür əməl etməmə ilə bağlı bütün təhlükə və ziyan risklərini nəzərə alırsınız.

Yuxarıya qayıt

Bizimlə əlaqə

Bu Şərtlər sizin suallarınıza cavab vermirsə və ya Əxlaq Kodeksinin pozulması barədə məlumat vermək istəyirsinizsə, aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlayın:

Poçt vasitəsilə:

The Procter & Gamble Company
One Procter & Gamble Plaza
Cincinnati, Ohio 45202
United States

E-poçt

Lütfən, www.pg.com/en_UK/ səhifəsinə keçin və səhifənin aşağısında "Bizimlə əlaqə" keçidinə vurun.

Yuxarıya qayıt

Müəllif hüququ 2001-2016 P&G. Bütün hüquqlar qorunur.